Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Uşaqlar mediada necə təmsil olunur? AZƏRTAC

Uşaqlar mediada necə təmsil olunur? AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

20 noyabr - uşaq hüquqlarının qorunması və onların gələcəyinə qayğının vacibliyini təsdiqləyən bir tarixdir. Məlum olduğu kimi 18 yaşınadək hər kəs uşaq hesab olunur. Bu nəzərdən də Ümumdünya Uşaq Hüquqları Günü sadəcə uşaqların hüquqlarını xatırlamaq üçün bir fürsət deyil, eyni zamanda onların həyatını yaxşılaşdırmaq üçün bir imkandır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Sevinc Məmmədovanın “20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü: uşaqlar mediada necə təmsil olunur” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Hər bir uşaq güvənli və sevgi dolu mühitdə böyüməlidir. Bunu təmin etmək üçün bütün dünyada, o cümlədən Azərbaycanda mühüm addımlar atılır, uşaq hüquqlarının qorunması və sosial təminatı sahəsində yeni proqramlar həyata keçirilir. Son illərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv təhsil proqramları yaradılır, reabilitasiya mərkəzləri açılır. Təbii ki, sevgi və nəvazişlə böyüyən uşaqlar cəmiyyətin güclü, məsuliyyətli, çətinliklərə dözümlü vətəndaşlarına çevriləcəklər. Odur ki, hər birimizin üzərinə uşaqlarımıza qarşı daha diqqətli olmaq, problemlərinə həssas yanaşmaq kimi böyük məsuliyyət düşür.

Mediada uşaqlara münasibət - eşidək və qoruyaq

Uşaqların hüquqlarından biri də eşidilmə hüququdur. Onların düşüncələri və təklifləri eşidilməli və dəyərləndirilməlidir. Lakin uşaqların mövqeyi cəmiyyətdə, xüsusən də mediada istənilən səviyyədə deyil. Onlara nadir hallarda öz fikirlərini ifadə etmək və ya xəbər mənbəyi kimi çıxış etmək imkanı verilir. Bu isə fərdi təcrübə və perspektivlərin çox vaxt diqqətdən kənarda qalmasına səbəb olur. Təəssüf ki, media uşaqları ya problemlərin mərkəzində duran “məsuliyyətsiz yeniyetmələr”, ya da yoxsulluq, zorakılıq və təbii fəlakətlərin qurbanı kimi təqdim edir.

Mediada uşaqların mənfi kontekstdə təsvir olunması onlarda stereotiplərin yaranmasına, onların ictimai imicinə və gələcək həyatına təsir edə bilər. Belə ki, uşaqlar yalnız kömək və himayəyə ehtiyacı olan fərdlər kimi deyil, həm də cəmiyyətin fəal üzvləri kimi tanınmalıdır. Məsələn, məktəblərdə təhsil problemləri, sosial ədalətsizlik və ya ekoloji məsələlərin müzakirəsində daha çox böyüklər çıxış edir. Halbuki uşaqlar müəyyən mövzu ətrafında rəy və düşüncələrini fərqli, özünəməxsus formada təqdim edə bilərlər.

Media uşaqların mövqelərinin öyrənilməsinə, onları təkcə qurban kimi deyil, həm də problemlərin həllində fəal iştirak edən tərəflər kimi tanıdılmasına, fikirlərinin dinlənilməsinə və qiymətləndirməkdə məsuliyyətli olmalarına və onların ictimai mövqeyini, bacarıqlarını lazımi qaydada göstərməyə kömək etməlidir.

Respublikamızda uşaqların iştirakı ilə müxtəlif sahələrdə rəsm və idman yarışları, hakatonlar, olimpiadalar, marafonlar və digər layihələr keçirilir. Sözügedən tədbirlərdə uşaqlar biliklərini artırır, həyat üçün vacib olan bir çox bacarıqları inkişaf etdirirlər. Yarışlar uşaqlara nəzəri bilikləri təcrübədə tətbiq etmək, mövcud problemlərin yeni həll yollarını düşünərək tapmaq imkanı yaradır, fikirlərini ifadə etməyi, başqalarını dinləməyi və mübahisə vərdişlərini aşılayır. Sadalanan keyfiyyətlər gələcək həyat üçün çox vacibdir. Təəssüf ki, bəzən bu məlumatlar medianın diqqətindən kənarda qalır, yaxud da qısa xəbər başlıqlarında öz əksini tapır. Adətən bunlar qısa, informativ xəbərlərdir, halbuki uşaqlarla bağlı mövzuları tematik, analitik materiallarda daha geniş əhatə etmək olar.

Səmimi düşüncələr

Bir anlıq qanunları və qaydaları kənara qoyub uşaqları dinləsək, onlardan nələri öyrənə bilərik? Çox vaxt unuduruq ki, uşaqların da öz baxışları, istək və sıxıntıları var. Bəzən onların dedikləri ən sadə cavablar belə gerçəkliyi üzə çıxarır, düzgün qərar verməkdə yardımçı olur. El məsəlində deyildiyi kimi “Sözün ən doğrusunu uşaqdan xəbər al”; “Uşaq sözün düzünü deyər”. Uşaqların fikirləri çox vaxt səmimi və dürüst olur, gördüklərini bəzəmədən, hiss etdiklərini olduğu kimi, açıq şəkildə söyləyirlər. Asan dildə ifadə etdikləri problem və ya xahişlər ətrafındakıları düşünməyə, həll yolları axtarmağa yönləndirə bilər.

Bəs görəsən uşaqlar nə düşünür: “Dostumla mübahisə edəndə kədərlənirəm, düşünürəm ki, böyüklər də bağışlamağı unutduqları üçün mübahisə edirlər”; “Sehrli çubuğum olsaydı, istərdim ki, heç kim xəstələnməsin və uşaqlar həmişə valideynlərinin yanında olsunlar”; “Mən valideyinlərimlə daha çox vaxt keçirmək, deyib-gülmək istəyirəm. Gəlin, hamımız birlikdə olaq"; "Xahiş edirəm, təbiəti düşünün. Ağacları kəsirlər, suyu çirkləndirirlər... Belə davam etsə, nə təmiz havamız, nə də meşələrimiz qalacaq. Axı biz də böyüyəndə təmiz hava, gözəl meşələr görmək istəyirik"; “Ağaclar kəsilsə, gələcək nəsillərin təmiz havası qalmayacaq”.

Göründüyü kimi, uşaqların ətraf mühitin və insan münasibətlərinin ahənginə dair müstəqil baxışları, gördüklərini düzgün qiymətləndirmək qabiliyyəti var. Bəzən sadə həqiqətləri və həyatın əsas dəyərlərini yenidən xatırlamaq məhz uşaqların dilindən gələn səmimi sözlər sayəsində mümkündür.

Ümumdünya Uşaq Hüquqları Günü təkcə bu hüquqları xatırlamaq üçün bir fürsət deyil, həm də onlardan həqiqətən nəyin vacib olduğunu öyrənmək imkanıdır. Gəlin unutmayaq ki, bu gün atdığımız addımlar sabahın güclü və sağlam mühitinin əsası olacaq. Axı uşaqlar təkcə ailənin deyil, bütün cəmiyyətin gələcəyidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri