Uşaqlar valideynlərindən çox süni intellektlə danışırlar STATİSTİKA
Icma.az bildirir, Sfera.az portalına istinadən.
Uşaqlar valideyn yerinə çatbotlara üz tuturlar.
Sfera.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Uşaq Komissarı Dame Reyçel de Souza valideynlərin laqeydliyinin uşaqlarda ayrılıq hissi yaratdığını və süni intellektin, o cümlədən ChatGPT-nin bu boşluğu doldura biləcəyini deyib. O, Uşaqlıq Festivalında çıxışı zamanı qeyd edib ki, uşaqlar sadəcə dinlənilmək istəyirlər və valideynlər onlara çatbotlardan daha sürətli cavab verməlidirlər.
Dame Reyçel İngiltərədə 19 000 məktəb və kollec arasında sorğu keçirib. Bu, ölkədəki məktəblərin təxminən 90%-ni əhatə edir. Araşdırmaya görə məktəblərin 55%-i uşaqların onlayn təhlükəsizliyindən narahatdır. 71%-i yeniyetmələrin psixi sağlamlıq xidmətlərinə çıxışına görə narahatlıq keçirir. 46%-i yoxsulluğun uşaqlara təsirindən qayğılıdır. O, AI “deepfake” texnologiyasının fəsadları, məktəblərdə mobil telefon istifadəsi və uşaqların polisə etibarı kimi məsələlərə diqqət yetirəcəyini də bildirib.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 03 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















