Uşaqlar və texnologiya: Sağlam böyümə üçün düzgün balans necə qurulmalıdır?
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Uşaqların texnologiyadan tamamilə uzaq böyüməsi də, həddindən artıq ekran qarşısında vaxt keçirməsi də sağlamlıq baxımından risklidir”.
Bunu neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında deyib.
O deyib ki, burada əsas məsələ balansı qorumaqdır:
“2 yaşına qədər uşaqlara ekran istifadəsi ümumiyyətlə tövsiyə edilmir. 2–5 yaş arası uşaqlar üçün isə gündə maksimum 1 saat, məktəb yaşlı uşaqlar üçün isə 1,5–2 saatdan artıq olmamalıdır. Ekran vaxtı, mütləq fiziki aktivlik, açıq havada oyunlar, yaradıcı fəaliyyətlər və ailə içi ünsiyyətlə balanslaşdırılmalıdır. Əgər uşaq texnologiyadan istifadə edirsə, bu, passiv izləmə deyil, interaktiv, öyrədici və yaşına uyğun məzmun olmalıdır. Valideynin yanında və izahı ilə baxmaq daha faydalıdır. Belə yanaşma uşağın həm sağlam böyüməsini, həm də gələcəkdə texnologiyaya uyğunlaşma bacarığını təmin edir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Uşaqlar üçün ən sağlam içkilər bunlardır
27 Fevral 2025 21:15
Uşaqlar üçün ən sağlam içkilərin adları AÇIQLANDI
25 Fevral 2025 09:24
Uşaqlar üçün sağlam qidalanma ilə bağlı maarifləndirici tədbirlər keçirilir AZƏRTAC
29 Noyabr 2024 13:55
Əvvəllər uşaqlar həyətdə böyüdüyü üçün sağlam olurdular Tanınmış pediatr Video
10 Fevral 2025 18:20
Sağlam şəkildə necə arıqlamaq olar? Həm uşaqlar, həm böyüklər üçün faydalı kokteyl
26 Aprel 2025 21:24