Icma.az
close
up
RU
Uşaqlara büdcə qurmağı öyrətmək niyə vacibdir?

Uşaqlara büdcə qurmağı öyrətmək niyə vacibdir?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Çox müdrik bir deyim var: uşaqlar bizim gələcəyimizdir! Bu doğrudan da belədir. Zaman-zaman bizim üçün çox asan iş olan uşaqların təlim-tərbiyəsi ilə vaxtında məşğul olmadıqda, zamanı boşuna ötürdükdə, artıq biz onu yenidən bərpa edə bilmirik. Beləcə cəmiyyətə zərərli bir vətəndaş təqdim edirik. Fərd, yəni vətəndaş cəmiyyəti quran ən kiçik elementidir, bu elementin əksəriyyəti yaxşı təlim-tərbiyə alsa onlar cəmiyyətin inkişafına töhfə verə, cəmiyyəti inkişaf etdirə bilər. Hansı cəmiyyətin tərkibində təhsilli, elmli və uşaqlıqda normal tərbiyə görmüş vətəndaşların xüsusi çəkisi yüksəkdirsə, həmin cəmiyyət mütləq yüksək mədəniyyətə və sürətli inkişafa nail ola bilir. Bu isbata ehtiyacı olmayan aksioma kimidir. Deməli, cəmiyyətimizin gələcəyi doğrudan da bizim böyütdüyümüz uşaqların əlindədir. Biz cəmiyyəti hansı "materilal"dan qururuqsa, onun keyfiyyəti də bu "materiala" adekvat olacaq. Ona görə də hər bir ailənin borcudur ki, uşaqları hərtərəfli şəkildə tərbiyə etsinlər, yaxşı təhsil versinlər, gələcək üçün onlara nə lazımdırsa vaxtında öyrətsinlər. Bu öyrədilməli elementlərdən biri də ailə büdcəsi və ağıllı alıcı ideyasıdır. Bəlkə də uşaqlara ailə büdcəsini qurmaq fizika və riyaziyyatı öyrənməkdən daha vacibdir. Çünki müşahidələrimiz göstərir ki, orta məktəb məzunlarının yalnız 20-30%-i təhsilini davam etdirdiyi halda, onların böyuk əksəriyyəti ailə qurur, bu ailənin gəlir və xərclərini idarə etmək vacibdir. Nəyinki yalnız ailə quranlara, hətta, ailə qurmayanlara belə bu bilgi vacib lazımdır. Çunki öz gəlir və xərclərini idarə etmək hər bir fərd üçün də vacibdir.

Uşaqlar ailə büdcəsinin planlaşdırılmasında iştirak etməlidirlərmi? Bunu etmək üçün ən yaxşı üsullar hansılardır?

Uşqalar təkcə ailə büdcəsini planlaşdırmaqda deyil, onların ailə büdcəninin idarə etməsində iştiraki xüsusilə vacibdir. Axı bu, övladınız üçün maliyyə intizamı formalaşdırır, bu onları gələcəkdə baş verə biləcək ciddi maliyyə səhvlərindən bir növ sığortalayır! 40 yaşında hər gün kortəbii cəhdlər göstərib, heç nə qazana bilməyəcəyini dərk etməkdənsə, 8 yaşında hər şeyi şokoladlara və digər şirniyyatlara xərcləyib, velosiped üçün pul yığa bilməyəcəyini indidən başa düşməsi daha yaxşıdır. Bunu uşaqlara müfəssəl şəkildə izah etmək və onlari büdcə müzakirələrinə qatmaq vacibdir.

Məsələn, evdə iki uşağınız var və hər ikisinə gündəlik eyni xərclik verirsiniz. Uşaqlardan biri altı aydan sonra özünə velosiped almaq üçun pul topladığını deyir, digəri isə velosiped almaq üçün sizdən əlavə pul istəyir. Həmin uşağın qardaşını və ya bacısını ona nümunə gətirmək lazımdır. Belə bir nümunə yoxdursa, uşağa bunu öyrətmək lazımdır ki, uşaq indidən qarşısına hədəf qoyub ona çatmağa nail olsun. Uşaq bu yolda ilk uğurunu qazanandan sonra artıq relsə düşəcək, bu qabiliyyətini böyüdükcə cilalayacaq, təkimləşdirəcək və özü ilə böyüdəcək.

Bu vərdişləri uşaqlara aşlamaq heç də çətin məsələ deyil. Bunun üçün heç bir xüsusi kurs və ya hər hansı köməkçi avadanlıq tələb olunmur, yalnız valideynlərin istəyi və bir az boş vaxt lazımdır. Buna hətta, xüsusi vaxt da ayırmağa ehtiyac yoxdur, sadəcə yeri gəldikcə uşağa pulla davranmaq məsləhətləri vermək kifayətdir.

Əgər siz övladınıza resursları ağılla idarə etməyin və ehtiyatla xərcləmək, onlara məqsədə doğru irəliləyin və əzmkar olmağın, kortəbii istək və arzulardan imtina etməyin nə qədər vacib olduğunu söyləsəniz və bunu praktiki olaraq öz əməlinizlə uşaqlara nümunə göstərsəniz bu onlar üçün böyük və ən dəyərli dərs olar. Amma özünüz buna heç vaxt əməl etməmisinizsə, maliyyə planlarınızda nizam-intizam yoxdursa və onlara doğru hərəkət etməkdə həmişə ardıcıl deyilsinizsə - uşaqlara bu barədə danışmağın mənası az olacaq. Özünüzdən başlamalı və ilk növbədə həyatınızı bu qaydalara uyğunlaşdırmalısınız. Yəni siz öz ailə büdcənizi, onun resurslarını nizamlı idarə etməklə, "dəmir" maliyyə intizamı sərgiləyərək uşaqlara nümunə göstərməlisiniz.

Uşaqlar həm də bir iştirakçi kimi ailə büdcəsində mühüm yer tutur. Çünki onların saxlanması, təhsili, sağlamlığı və əyləncəsi üçün əhəmiyyətli maliyyə xərcləri tələb olunur. Uşaqlarla bağlı xərclər çox vaxt ailə xərclərinin əsas maddələrindən biri olur və bu xərclərin planlaşdırılması ailənin maddi rifahında əsas rol oynayır.

Ailə büdcəsində uşaqlar üçün xərclər bir neçə kateqoriyaya bölünə bilər.

Vacib xərclər:

Qida, geyim, ayaqqabı, şəxsi gigiyena vasitələri, dərmanlar, tibbi xidmət.

Təhsil xərcləri:

Məktəb, uşaq bağçası, klublar, bölmələr, inkişaf etdirici fəaliyyətlər, tədris materialları, məktəb ləvazimatları.

Əyləncə və istirahət:

Oyuncaqlar, kitablar, kinoteatrlar, muzeylər, parklar, idman klubları, yay düşərgələri, səyahətlər.

Digər xərclər:

Nəqliyyat, bayram hədiyyələri, cib xərcliyi, əlavə dərs və kurslar, uşaq mebeli və digər ev əşyaları.

Uşaqlar üçün xərclərin planlaşdırılmasıda valideynlərdən aşağıdakılar tələb edir.

Ailə büdcəsində uşaqlara aid edilnən xərclərin planlaşdırılması zamanı qarşıya belə bir sual qoyulmalıdır: hansı xərclər ən vacibdir, hansıları aradan qaldırmaq və ya azaltmaq olar. Əsas məsələ müqayisəli təhlillər zananı bu suala cavab tapmaqdır. Bunun üçün əvvəlki ay və ya ilin xərclərinin səmərəliliyi dəyərləndirilməlidir. Çalışın xərclərinizin əksəriyyəti səmərəliliyi ölçülə bilən olsun.

Büdcə planlaşdırması zamanı gəlir və xərclərin qiymətləndirilməsi, uşaqlar üçün zəruri və arzu olunan şeylər üçün vəsaitin ayrılması dəqiq müəyyən edilməlidir.

Məsələn, sizin büdcənizin vacib xərcləri çıxıldıqdan sonra yerdə qalan pul velosiped almağa çatmırsa, əlbəttə, siz velosiped almağı təxirə salmalısınız. Yəni hələ velosiped almaq hədəfina çata bilməmisiniz, bu bir ay da təxirə salınmalıdır, çünki pul çatmır. Bəlkə də siz bunu adi məqam kimi dətərləndirirsiniz, amma uşaqda bu nüans intizam yaradır ki, arzunu dərhal yerinə yetirilmək üçün heç də kreditə girmək çıxış yolu deyil. Çıxış yonu gözləmək, vaxt udmaq və bu zaman fasilədində çatışmaya pulu qazanmaq lazımdır. Amma biz özümüz avtomobil almaq arzusunu bir gün içərisində kredit hesabına reallaşdırırıqsa, bu uşaqlar üçün çox pis nümunə olur.

Uşaqlarda maliyyə savadlılığının artırılması üçün bir neçə məqama diqqət yetirmək lazımdır.

Uşaqlara xərcləri planlaşdırmağı, pula qənaət etməyi və ağıllı şəkildə istifadə etməyi öyrətmək lazımdır.

Onlara əlavə gəlir mənbələri axtarmaği izah edin. Cari gəlir kifayət deyilsə, əlavə iş və ya investisiya variantlarını nəzərdən keçirin və uşaqlara da bunu izah edin.

Nəhayət, ailə büdcəsinin, o cümlədən uşaqlar üçün xərclərin düzgün idarə edilməsi gələcək təhsil, mənzil, ləyaqətli qocalıq kimi maliyyə məqsədlərini unutmadan bütün ailə üçün layiqli həyat səviyyəsini təmin etməyə imkan verir. Bu proses həm bu gün üçün sizə fayda verir, həm də ounu uşaqlar bir təcrübə kimi qəbul edərək, onu ailə ənənələrinə çevirir.

Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri