Icma.az
close
up
RU
“Səyyar Gənclər Xidməti” bu dəfə Zaqatalada yüzlərlə gənci bir araya gətirib FOTOLAR

“Səyyar Gənclər Xidməti” bu dəfə Zaqatalada yüzlərlə gənci bir araya gətirib FOTOLAR

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə icra olunan və dövlət tərəfindən yaradılan imkanları region gəncləri üçün daha əlçatan edən “Səyyar Gənclər Xidməti” layihəsi respublikanın müxtəlif regionlarında mərhələli şəkildə həyata keçirilməyə davam edir. SİA xəbər verir ki, Zaqatalada 29 sentyabr – 3 oktyabr tarixlərində xidmət göstərəcək layihə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar olaraq “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında təşkil edilir. Növbəti günlərdə Səyyar Gənclər Xidməti Zaqatala gənclərinin liderlik potensialının artırılmasına, şəxsi vəpeşəyönümlü inkişafına, həmçinin milli və vətənpərvərlik ruhlarında tərbiyə olunmasına öz töhfəsini verəcək.

Layihənin Zaqataladakı açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi vətorpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Rəsmi hissədə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru Raqif Qasımov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək layihənin region gənclərinin inkişafında və dövlət dəstək mexanizmlərinin əlçatanlığının təmin olunmasında əhəmiyyətli rol oynadığını vurğulayıblar. Həmçinin çıxışlarda ölkə gəncliyinin dövlət quruculuğu, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin inkişafı proseslərində artan iştirakçılığından da bəhs edilib.

Xidmət çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Zaqatala Peşə Məktəbinin nümayəndələrinin iştirakı iləgənclər üçün müxtəlif maarifləndirici sessiyalar təşkil olunub. Eyni zamanda, gənclər üçün peşə seçimi və karyera planlaması, könüllülük fəaliyyəti, süni intellektin tətbiqi, sağlam həyat tərzinin təşviqi və motivasiya mövzularında interaktiv təlim proqramları həyata keçirilib. Xüsusi qeyd edilməlidir ki, Vətən Müharibəsi iştirakçıları ilə keçirilən görüşlər zamanı gənclər qəhrəmanların döyüş yollarını öz dillərindən dinləyərək onların fədakarlığını daha yaxından tanımaq, dövlətə və torpağa sədaqət anlayışlarını daha dərindən anlamaq imkanı əldə ediblər.

Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” tematik guşələri gənclərə öz bacarıqlarını nümayiş etdirmək, sosial və yaradıcı potensiallarını inkişaf etdirmək üçün geniş imkanlar təqdim edib. Bu guşələrdəkeçirilən intellektual müsabiqələr, viktorinalar və master-klasslar iştirakçıların fəallığını artırmaqla yanaşı, onların komanda işi, ünsiyyət və problem həll etmə bacarıqlarının təkmilləşdirilməsinə xidmət göstərib. Tədbirin yekununda xüsusi fəallıq nümayiş etdirən gənclərə müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, cari ilin oktyabr ayının sonunadək davam etməsi planlaşdırılan layihə bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy və Qax rayonlarında baş tutub. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya vəSuverenlik İli” elan etməsi ilə bağlı tədbirlər planına uyğun olaraq reallaşdırılır. Layihə gənclər arasında dövlət müstəqilliyi və suverenlik kimi fundamental prinsiplərin dərindən aşılanmasına, 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərin mahiyyətinin gənc nəslə dolğun şəkildə çatdırılmasına, eyni zamanda gənclər siyasəti ilə bağlı maarifləndirmə işinin təşviqinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see201

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see185

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see178

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see161

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see145

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see142

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see131

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see130

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see129

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see129

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see129

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see127

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see126

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see124

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see124

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri