Icma.az
close
up
RU
Uşaqlara cəza verməliyikmi?

Uşaqlara cəza verməliyikmi?

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hər zaman ən çox müraciət edilən mövzulardan biri, uşaqlara cəzaların veriləsi ilə bağlıdır. Burada bir neçə sual ortaya çıxar: “Hansı cəzaların verilməsi doğru, hansı cəzaların verilməsi isə yanlışdır” və ya “Hansı cəzalar uşaqların özgüvəninə təsir edir, onlarda psixoloji sarsıntı yaradır və s". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun sözlərinə görə, övladına cəza verən valideynləri bir çox hallarda iki qrupa ayırmaq olar. Bir qrup valideynlər övladına sərt şəkildə və çox cəza verir. Digər qrup valideynlər isə, demək olar ki, övladını cəzalandırmır. Bu, doğru yanaşma üsulu deyil. Belə ki, belə valideynlər cəzanı hansı formada və necə verəcəyini bilmədiyindən belə hal yaranır. Təbii ki, insanın özünün tənzimləməsi üçün cəza və mükafatların olması lazımdır. Y.Əsgərova onu da qeyd edib ki, bu cəza və mükafatlandırma sistemi “kiçik dövlət” dediyimiz ailədə olduğu kimi, dində və dövlətdə də var. Belə halda uşaq nəyin doğru, nəyin yanlış olduğunu bilir və yanlışlarını düzəltməyə başlayır. Əksi olduqda isə özgüvənsiz, cəmiyyətə adaptasiya ola bilməyən, kaprizli, nə istədiyini bilməyən və s. xüsusiyyətli uşaq formalaşa bilər. Burada belə bir sual yaranır: “Uşaqlara cəzanı hansı yaşda vermək olar?”
"Artıq uşaqda “mən” formalaşdığı zaman, 3 yaş ərəfələrində ona cəzanı izah etmək lazımdır. İlk olaraq “məhrumetmə” cəzalarını qeyd etmək olar. Yəni, uşağın sevdiyi şeyləri, məsələn: sevdiyi oyuncaqla oyununu müəyyən zaman müddətində məhdudlaşdırmaq və ya sevdiyi cizgi filminin izləmə vaxtını qısaltmaq və s. göstərmək olar. Burada əsas diqqət olunması məqam müddət məsələsidir. Çünki çox zaman valideynlər uşaqlara bu cəzaları verərkən müddət qoymur və ya uzun müddət bu cəzanı tətbiq edir. Bu da doğru deyil. Uşaqlara bu cəza müddətini mütləq qeyd etmək və yaxşı olar ki, azyaşlı uşaqlara cəzanı qısa zaman dilimində vermək lazımdır. Belə halda uşaq aqressivləşə, hətta valideyni vura, dişləyə bilər ki, bu da normaldır. Valideynlər bu krizis dönəmində yaxşı olar ki, göz kontaktı qurmasın və mümkün olduqca olduqları yeri dəyişsinlər. Bu “partlama dönəmi” bitdikdən sonra övladının yanına gəlməli, onunla danışmalı və ona məsələni izah etməlidir. Burada bir məqam da, bundan sonra bəzi valideynlərin qoyduğu cəzanı pozmasıdır. Bu da düzgün deyil. Belə olduqda uşaq cəzanı pozmaq üçün bu kaprizləri sonradan vərdiş halına gətirə bilər. Ona görə də valideynlər çəkinməməli və doğru cəzalar verməlidir. Əgər bu mövzuda çətinlik çəkirsə, övladı ilə münasibətlərində problemlər yaşanırsa, peşəkar psixoloq dəstəyi ilə bihevioral (davranış) terapiyası alaraq bu mərhələni problemsiz adlaya bilər"-deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyun 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri