Icma.az
close
up
RU
Uşaqlara kolbasa və sosis verməyin Pediatrdan valideynlərə çağırış

Uşaqlara kolbasa və sosis verməyin Pediatrdan valideynlərə çağırış

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kolbasa və digər emal olunmuş ət məhsullarının sağlamlığa təsirini spirtli içkilər və tütün məmulatları ilə eyni səviyyədə qiymətləndirir. Mütəxəssislərin fikrincə, bu məhsulların müntəzəm istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Marqarin yağının istehsalı artır; bu məhsul niyə təhlükəlidir? – MÜTƏXƏSSİS AÇIQLADI

Qeyd edək ki, kolbasa, sosis kimi məhsulları təkcə böyüklər yox, uşaqlar da çox yeyir. Bu baxımdan kolbasanın uşaqlar üçün hansı təhlükəsi var?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr-infeksionist Həmid Hacıağayev bildirdi ki, kolbasa məhsulları uşaqların orqanizmi üçün ciddi risklər yaradır:

“Kolbasa və oxşar məhsullar yüksək miqdarda duz, yağ, istiot və digər ədviyyatlar ehtiva edir. Bu maddələr uşağın bədəninə əlavə yük yaradır və sağlam inkişaf prosesinə mənfi təsir göstərir. Hazırda ət sənayesində məhsulun dadını, görünüşünü və saxlanma müddətini artırmaq üçün çoxsaylı qida əlavələrindən istifadə olunur. Xüsusilə dondurulmuş ət xammalından hazırlanan məhsullarda müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr hazır məhsulun orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırsa da, uşaqların orqanizmi üçün təhlükəlidir.”

Həkimin sözlərinə görə, kolbasa məhsullarının uşaqların qida rasionunda yer alması bir sıra metabolik dəyişikliklərə səbəb olur və bu, gələcəkdə ciddi xəstəliklərin inkişaf riskini artırır:

“Bu məhsullar piylənməyə, maddələr mübadiləsinin pozulmasına, mədə-bağırsaq sistemi və dayaq-hərəkət aparatında patologiyaların artmasına gətirib çıxara bilər. Erkən yaşlardan uşaqlarda duzlu və ədviyyatlı yeməklərə alışqanlıq formalaşır ki, bu da sağlam qidalanma vərdişlərinin yaranmasına ciddi maneə törədir. Uşaqlar üçün nəzərdə tutulan ət məhsullarında fosfatlar, dad artırıcılar (qlutamatlar), süni rəngləyicilər, konservantlar (benzoik və sorbin turşuları və onların duzları) kimi maddələr olmamalıdır. Bu maddələrsiz kolbasa istehsalı faktiki olaraq mümkün deyil. Valideynlər bilməlidir ki, "sağlam kolbasa" və ya "uşaqlar üçün zərərsiz kolbasa" anlayışı mövcud deyil. Bu məhsulların uşaqların qida rasionuna daxil edilməsi düzgün deyil".

Sonda pediatr valideynlərə çağırış edərək qeyd etdi:

“Uşaqların sağlam gələcəyi üçün kolbasa və bu kimi emal olunmuş ət məhsullarından uzaq durmaq lazımdır. Hətta böyüklər üçün də bu məhsulların istifadəsi tövsiyə edilmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Yanvar 2026 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri