Icma.az
close
up
RU
Uşaqlarda dırnaq yemə vərdişi

Uşaqlarda dırnaq yemə vərdişi

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ömründə bir dəfə də olsun dırnaqlarının "dadına" baxmayan uşaq çətin tapılar.

Dırnaqlar təbii və süniliyindən asılı olmayaraq içində gizlətdiyi bir çox mikroblara görə təhlükə mənbəyi sayılır. Kiçik yaşlı uşaqlar üçün həmin təhlükə daha yüksək olur, çünki daim əli ağzında olan uşaq çox mikrob udur.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova bu barədə Azertag.az-ın müxbirinə deyib:" Dırnaq yemək vərdişinin 3-4 yaşından tez başlamadığı müəyyən olunub. Bəzi valideynlər uşaqlarda dırnaq yemə vərdişinə o qədər əhəmiyyət verməsələr də, əslində bu, çox ciddi problemdir. Həmin problem nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur. Uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır. Onun səbəbini aşkar etmək vacibdir, Birincisi, uşaqlar ətrafdakıların qınağına tuş gəlmir. Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. İkincisi, uşaqlar böyükləri təkrarlamağa meyilli olurlar. Böyüklərdə həmin əlamət müşahidə ediləndə istər-istəməz uşaq da ona maraq göstərir və pis vərdişin təməli qoyulur.

Uşaqlarda dırnaq yeməyi tərgitməyin bir yolu onu görməzliyə vurmaq, bir müddət ona fikir verməməkdir. Uşaq yenə də dırnağını yeməkdə davam etsə, ona səbəb olan halları öyrənmək lazımdır. Uşağı bu vərdişinə görə danlamaq, qorxutmaq və ağlatmaq yolverilməzdir.

Uşaqların qorxu və qayğı yaradacaq vəziyyətlərdən uzaq olmaları məsləhətdir. Kiçik yaşlı uşaqların vahiməli və qorxulu filmləri izləməsi, dava-dalaşlı hadisələrdə iştirakı onlarda həyəcan yaratdığına görə təhlükəlidir və həmin həyəcan dırnaq yeməyə səbəb olur.

Psixoloqların fikrincə, uşaqlara gecələr yatarkən nazik əlcək geyindirmək dırnaqlarını yemək və ya dişləmək istəyəndə xatırladıcı təsir göstərə bilər. Zərərli vərdişlərdən qurtulmaq üçün barmaq və dırnağa acı lak, zərərsiz acı maye sürtülməsi həm xatırlatma mənası daşıyar, həm də dırnağını ağzına aparanda yanma hissi törədərək vərdişdən xilas olmağa kömək edər. Uşaqların marağını başqa istiqamətə yönəltməklə də zərərli vərdişin qarşısını almaq olar. Məsələn, filmə baxanda, televiziya verilişi izləyəndə və ya musiqi dinləyəndə uşağın ağzını dişlənə bilən bir şeylə məşğul etmək dırnaq yemənin qarşısını ala bilər. Dırnaq yemənin pis vərdiş olduğu və ondan asanlıqla xilas olmağın mümkünlüyü uşaqlara izah edilməlidir. Buna inananda uşaq vərdişdən imtina etməyə səy göstərir, çünki xarici təsirlər nəinki vərdişdən xilas olmağa yardım etmir, bəzi hallarda vərdişin kök atmasına, başqalarını hirsləndirmək və narahat etmək üçün vasitəyə çevrilir.

Zaman keçdikcə dırnaq yemək pis vərdiş olmaqla yanaşı əlavə xəstəliklərin yaranmasına da səbəb olur, əsəb gərginliyi keçirənlər zaman-zaman dırnaq yeməyə adət edir. Dırnaq yemək bəzən onları rahatlaşdırır, gərginliyi azaldır, amma bununla yanaşı orqanizmə müxtəlif xəstəliktörədən mikrobların daxil olmasına şərait yaradır".

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri