Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Uşaqlarda piylənmə problemi: Artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir

Uşaqlarda piylənmə problemi: Artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mütəxəssislər uşaqların gələcək taleyinin valideynlərin əlində olduğunu vurğulayır və körpələri piylənmə bəlasından qorumağa çağırır. Artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

“Toppuş”, “şirin”, “şəkərbura” kimi ifadələr kök uşaqları əzizlənək üçün işlədilir. Üstəlik, bir çoxları normal çəkidə olan uşağı “yaxşı baxılmayan uşaq” kimi qiymətləndirirlər. Uşağın köklüyü valideynin diqqətinin sübutu kimi göstərilir. Bizim coğrafiyada valideynlər uşaqlarının köklüyü ilə qürrələnirlər. Lakin artıq çəkili uşaqlar nə qədər şirin görünsə də, köklük xəstəlikdir. Xüsusilə, pandemiya uşaqlardakı piylənmə problemini bütün dünyada yenidən aktuallaşdırdı. Qapanmalar, məktəblərin olmaması uşaqların fiziki aktivliyinə təsir etdi və kök uşaqların sayını artırdı.

Təməli necə atarsaq...

Həkim endokrinoloq Ziya Qurbanov deyir ki, piylənmənin təməli uşaqlıqda atılır:

“Yəni “böyüyəndə düzələcək” deyə bir anlayış yoxdur: “Uşaqlarımızı oturaq həyata alışdırmamalı, “fast food”dan uzaq tutmalıyıq. Mənə müraciət edən ailələr var ki, uşaq evdə yemir, ancaq restorandan sifariş edirlər. Uşaq yeyir və yatır. Artıq çəki hərəkətlilik əmsalını da aşağı salır. Bizim ən böyük problemimiz artıq yemək deyil, yediyimizin qarşılığında hərəkət etməməkdir. Bunu təməldən qorumaq lazımdır. Çünki yaş artdıqca, çəkini atmaq çətin olur və uşaqda sümük problemləri yaranır”.

Südəmər dövrdə piylənmə - Faciə

Həkim deyir ki, südəmər dövrdə olan uşaqlarda da piylənməyə rast gəlinir:

“Körpə minimum 2 yaşa qədər ana südü ilə qidalanmalıdır. Bizdə körpələrin əksəriyyəti 2-3 ay ana südü qəbul edir. Bu, faciədir. Çünki vaxtından əvvəl əlavə qidaya keçən uşaqlar həm gələcəkdə artıq çəkiyə sahib olurlar, həm də şəkər xəstəliyi problemi ortaya çıxır. Piylənmənin ən böyük səbəbi südəmər dövrdə ana südünü kəsib, əlavə qidalara keçməkdir”.

Uşağın bədən kütləsi indeksini necə hesablayaq?

Həkim uşaqlarda piylənməni yoxlamaq üçün düsturu bizimlə bölüşdü:

“Təbii ki, boya görə çəki qrafikimiz və bədən kütləsi indeksini hesablamaq üçün düstur var. Valideynlər düsturla uşaqda piylənmə probleminin olub-olmadığını yoxlaya bilərlər. Bədənin kütlə indeksini hesablamaq üçün uşağın çəkisini boy ölçüsünün kvadratına bölürük. 25-ə qədər norma sayılır. 25-30 arasıdırsa, uşaq piylənmə yolundadır. 30-dan yuxarıdırsa, piylənmə xəstəsidir. 40-dan yuxarıdırsa, ağır xəstəlik dərəcəsindədir. Valideynlərimiz çalışmalıdır ki, bu rəqəm 30-dan yuxarı olmasın”.

Həyat tərzi, qidalanma...

Uşaqlarda piylənmənin səbəblərinə gəldikdə, həkim deyir ki, oturaq həyat tərzi önəmli faktordur:

“Əsas səbəb oturaq həyat tərzi, qidalanma faktoru, xəmir xörəklərinin çox tükədilməsi və yağlı yeməklərdir. Bizim mətbəxin çox gözəl təamları var, amma eyni zamanda da zərərlidir. Yeməklərimiz yağlı, duzludur. Ət olmazsa, olmazımızdır. Tərəvəzdən az istifadə edirik. Pandemiyadan sonra insanlar passiv həyat tərzində idilər. Artıq bütün ailələr hər şeyi ev şəraitində əldə edirlər. Fiziki aktivlik minimum səviyyədədir”.

Valideynlərinin hər ikisi çalışan uşaqlar...

Həkimin sözlərinə görə, valideynlərinin hər ikisi çalışan uşaqlar piylənmə problemi ilə tez-tez rastlaşırlar:

“Uşaq evdə tək qalır və istədiyini yeyir. Hətta uşaq var ki, yeməyini özü bişirir. 10 yaşında 90 kiloqram çəki ilə müraciət edən pasientlərimiz olub ki, ata-anası işləyir. Az diqqət uşaqda piylənmə yaradır. Araşdırmaya görə, hər iki valideynin çəkisi çox olan uşaqların 80 faizində çəki artıq olur. Valideynlərdən birinin çəkisi çoxdursa, bu rəqəm 40 faizdir. Bu, böyük rəqəmdir. Ailə faktoru burada çox önəmlidir. Məsələn, siz xəmir xörəyi yeyib uşağa desəniz ki, sən yemə, bu, yolverilməzdir. “Fast food”u, şokoladı, çipsini tamamilə həyatınızdan çıxarın. Çünki evdə varsa, uşaq yemək yeməyəcək”.

Piylənmənin müalicəsi

Həkim deyir ki, müalicənin 70-80 faizi valideynin və pasiyentin, 30 faizi həkimin üzərinə düşür:

“Xəstə davamlı olaraq dietada olmalıdır. 1 həftə əməl edib, saxlamaq olmaz. İkincisi, aktiv həyat tərzidir. Ən yaxşı kilo vermək üsulu üzgüçülükdür. Amma sudan çıxandan sonra qidasına fikir verməlidir. Yediyimiz yeməyin 50 faizini karbohidrat, 10-15 faizini yağlar, digər qismini proteinlər təşkil etməlidir. Əsasən lifli qidalardan istifadə olunmalıdır. Bizim tərəvəz yemək aludəçiliyimiz olmalıdır”.

Meyvə suyu, yoxsa meyvə?

Mütəxəssis vurğulayır ki, yemək şəkli də önəmlidir:

“Yeyərkən telefon və televizor qətiyyən olmamalıdır. Televizora baxaraq yemək, artıq enerji alınmasına səbəb olur. Çünki uşaq nəyi nə qədər yediyini bilmir. 1 qab yeməlidirsə, 3 qab yeyir. Meyvə suyuna diqqət edək. Məsələn, 5 portağal suyunu sıxıb versək, uşaq hamısını içəcək. Bu 5 portağalın kalorisi deməkdir. Ona görə, 1 portağalı meyvə şəklində yeməsi daha xeyirlidir”.

Su nə qədər şirin olsa...

Rus endokrinoloq Yelena Şetinina da təsdiqləyir ki, meyvə şirələrinin nəzarətsiz istifadəsi təbliğ olunur:

“Valideynlər şirələrin sağlam qida olduğuna inanırlar. Bu, az miqdarda olduğu halda doğrudur. Bir stəkan meyvə suyu dörd çay qaşığı şəkərə bərabərdir. Su kimi içə bilməzsən. Şirinləşdirilmiş içkilər susuzluq yaradır. Nə qədər şirin olsa, bir o qədər çox içirik”.

Mütəxəssis vurğulayır ki, 20 ildən artıq təcrübəsində müasir dövrdə həddindən artıq qidalanan uşaqları müşahidə edir:

“Endokrinoloji xəstəliklərlə əlaqəli piylənmə 10 faiz təşkil edir. Yəni 90 faiz çox yeməkdən və hərəkətsizlikdən qaynaqlanır”.

Mütəxəssislər uşaqların gələcək taleyinin valideynlərin əlində olduğunu vurğulayır və körpələri piylənmə bəlasından qorumağa çağırır. Yuxarıda da qeyd etdiyimiz kimi artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri