Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Uşaqlarda piylənmənin qarşısını necə almaq olar? HƏKİM MƏSLƏHƏTİ

Uşaqlarda piylənmənin qarşısını necə almaq olar? HƏKİM MƏSLƏHƏTİ

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Uşaqlarda piylənmə bir çox inkişaf etmiş ölkələrin geniş yayılmış səhiyyə problemlərindən biridir və son 10 illər ərzində narahatedici sürətlə artır.

Saglamliq.isim.az bildirir ki, piylənmənin profilaktikası uşaq doğulan andan başlayaraq bütün ailə üzvlərini əhatə etməlidir. Uşaqlarının pəhrizindən narahat olan valideynlər bu barədə daha ətraflı ailə həkimləri və ya patronaj tibb işçiləri ilə məsləhətləşə bilərlər.

Daha yaxşı olar ki, pəhriz, fiziki fəaliyyət və oturaq həyat tərzi kimi məsələlərin il boyu qiymətləndirilməsi uşağın şəxsən iştirakı ilə həkim-pediatra gəlişində həll edilsin. Bu qiymətləndirmənin müvafiq əsasları ailənin hər bir üzvünə aiddir və ona riayət edilməlidir.

Həkimlər tərəfindən  uşaqlara və ailə üzvlərinə aşağıdakılar tövsiyə edilir:

•  şəkər və şəkər tərkibli (şirinləşdirilmiş) içkilərin istifadəsinə məhdudiyyət qoymaq

•  məsləhət verilən miqdarda meyvə və tərəvəzli pəhrizə riayət etmək

•  gündəlik səhər yeməyini qaçırmamaq

•  hamının birlikdə nahar etməsi mümkünlüyünü əldə etmək

•  evdən kənar, xüsusən "fast food" restoranlarında qidalanmamaq

•  qida porsiyasını yaşa uyğun ölçülərlə tənzimləmək

•  az yaşlı uşaqları televiziya qarşısına almamaq

•  daha yuxarı yaşlı uşaqlarda isə televiziya, kompüter, planşet və s. oxşar cihazlardan istifadəni iki saatla məhdudlaşdırmaq

•  uşaqların gündə 60 dəqiqə fiziki aktiv olmalarını (məs., həyətdə oynamaq, idman dərnəklərində məşğul olmaq, velosiped sürmək və s.) təmin etmək

Sümüklərin möhkəmləndirilməsi üçün lazım olan və qan təzyiqinin normada saxlanmasına yardım edən maddələrlə (kalsium, kalium, vitamin D və digər mikroelementlər) zəngin olan süd və süd məhsulları həkimlər tərəfindən uşaqlara və onların ailələrinə faydalı qida kimi tövsiyə edilir.

Yaxşı qidalanmayan 5 yaşına qədər uşaqlar A, D və C vitamin əlavələri  qəbul etməlidirlər. Müxtəlif qida növlərindən, o cümlədən meyvə və tərəvəzdən faydalanan uşaqlara vitamin damcılarının (və ya həblərinin) verilməsinə ehtiyac yoxdur.

Üç yaşından başlayaraq bütün uşaqların qan təzyiqi hər il bir dəfə və əgər tələb olunarsa bir neçə dəfə yoxlanılmalıdır. Bu zaman qan təzyiqi cədvəlinə istinad etmək gərəkdir.

Dislipidemiyaya (yağ və ya piyin qanda normadan kənar olması) görə ümumi xolesterini və ya yağ mübadiləsinin pozulmasını təyin edən laborator analizlərin ilk dəfə bütün 9-11 yaşlı və təkrar olaraq 17-19 yaşlı uşaqlarda aparılması tövsiyə edilir. Digər yaş qrupundan olan uşaqlarda bu skrininq ailə üzvlərində müvafiq xəstəlik qeyd olunubsa və ya risk faktoru varsa daha erkən və fərqli intervallarla aparıla bilər.

Bədən kütlə indeksi 2 yaşlı uşaqlardan başlayaraq 18 yaşına qədər uşaqlara hər il müəyyən edilib, qeyd olunmalıdır (bax şəkil 1, 2).

Boy artımı diaqramı 2 yaşdan 18 yaşına qədər hər bir uşaqda istifadə edilməlidir; ÜST-nin boy artımı əyrisi doğulan andan uşağın 23 aylığına qədər istifadə edilə bilər. Hər bir valideyn uşağın çəkisi və boyunu həmin diaqramlar vasitəsilə normaya uyğun olub olmadığını müəyyən edə bilər.

İcbari dispanserizasiya zamanı həkimlər uşağın cinsini, yaşını, çəkisini, boyunu təyin edirlər, potensial xəstəlikləri müəyyən etmək üçün tibbi baxış, sistemlər üzrə müayinə, laborator və rentgenoloji qiymətləndirmələr aparırlar.

Bədən kütlə indeksi (BKİ)

Əgər uşağın boyu və çəkisi məlumdursa, onun BKİ-ni hesablamaq asandır. Bu məqsədlə aşağıdakı formuladan istifadə etmək olar. Həmin formulalar hətta internet saytlarda mövcuddur və BKİ-ni avtomatik hesablaya bilirlər.

BKİ = bədən çəkisi (kq) / boy2 (sm)

Bədən kütlə indeksinin (BKİ) göstəriciləri uşaq və yeniyetmələr üçün aşağıdakı kimidir:

18.5-dən aşağı - Normadan aşağı

18.5 - 24.9 - Norma

25.0 - 29.9 - Artıq çəki

30.0 və yuxarı - Piylənmə

Artıq çəkisi və ya piylənməsi olan uşağın həyat tərzində yaşına uyğun (pəhriz, fiziki aktivlik və hərəkət tərzi) dəyişikliklərin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həyat tərzinin dəyişdirilməsində ailənin bütün üzvləri uşağa dəstək olmalı və həvəsləndirməlidirlər. Əgər uşaqla yanaşı ailənin digər üzvlərində piylənmə və ya artıq çəki varsa, ailənin həmin üzvü də çəkinin normallaşdırılması üçün müvafiq tədbirlərə cəlb edilməlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri