Icma.az
close
up
RU
Uşaqlarda qidanın bir hissəsinin (hissəvi) geri qaytarılması (kiçik qusma)

Uşaqlarda qidanın bir hissəsinin (hissəvi) geri qaytarılması (kiçik qusma)

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

7 ayınadək olan uşaqlarda qidanın bir hissəsinin geri qaytarılması (“kiçik qusma”) fizioloji, yəni normal hal hesab olunur.

Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması (kiçik qusma) qəflətən başlayır və qarın əzələlərinin cüzi dərəcədə iştirakı ilə baş verir. Bu zaman qidanın hissəvi olaraq geri qaytarılması qida qəbulundan sonra 1 saatadək olan müddət ərzində baş verə bilər, qusma “fontan” şəklində (yəni təzyiq altında, axar şırnaq şəklində kənara atılmaqla) olmamalıdır.

Uşağı yedizdirdikdən sonra onu 20 dəqiqə şaquli vəziyyətdə saxlamaq lazımdır. Bu zaman hava tıxacı gəyirmə ilə xaric olur və ağızın kənarlarından isə az miqdarda süd də xaric ola bilər. Qidanın hissəvi olaraq geri qaytarılması (kiçik qusma) uşağın bədəninin vəziyyətinin dəyişməsi zamanı və ya hər hansı bir nəzərəçarpacaq səbəb olmadan da təkrar oluna bilər. Bəzi hallarda elə görünə bilər ki, geri qaytarılan qidanın miqdarı çoxdur. Ancaq onun əlamətləri yuxarıda qeyd edilən fizioloji “kiçik qusmalara” uyğun gələrsə, uşağın çəkisinin artması da normal olarsa – bu, normal hesab olunmalıdır. Təxminən uşağın 7-ci ayına yaxın olan müddətdə, qidanın hissəvi olaraq geri qaytarılması (“kiçik qusma”) keçib getmiş olur. Valideynlər aşağıdakı hallara diqqət yetirməlidirlər:

- qəbul edilən qidanın “fontan” şəklində geri qaytarılması uşaqda olan nevroloji pozulmaların əlaməti ola bilər. Buna görə də uşağı ilk növbədə nevropatoloqa göstərmək lazımdır. Nadir hallarda, bunun səbəbi həzm sistemində olan spazmlar da ola bilər ki, bu halda həkim-qastroenteroloqa müraciət etmək lazımdır;

- gecikmiş kiçik qusma – qida qəbulundan 1 saat və daha gec, bəzi hallarda isə növbəti qida qəbulundan bir qədər əvvəl baş verir. Bu halda da qastroenteroloq həkiminə müraciət etmək tələb olunur;

- tez-tez baş verən kiçik qusmalar - əgər uşaqda hər 5-10 dəqiqədən bir kiçik qusmalar baş verirsə, bu, qeyri normal hal hesab olunur. Uşaqda belə bir problem qeyd edilərsə, qastroenteroloq həkiminə müraciət etmək məsləhət görülür;

- narahatlıq və ağlama ilə müşayiət olunan kiçik qusma – spastik sancıların olmasının əlamətidir. Həkim-pediatr və ya qastroenteroloq uşağa sancı əleyhinə olan vasitələr təyin edə bilər;

- maye qəbulundan, az miqdarda qida qəbulundan sonra baş verən və narahatlıq, çəkinin az artması və ya hətta heç artmaması ilə müşayiət olunan kiçik qusmalar. Belə bir hal anatomik qüsur olan "pilorostenoz" ilə əlaqədar ola bilər. Pilorostenoz – qida borusunun kəskin daralmasıdır ki, bu zaman qida praktiki olaraq mədəyə daxil ola bilmir. Belə qüsur əksər hallarda uşağın doğulduğu ilk günlərdən etibarən aşkar edilir və cərrahi üsulla düzəldilir. Bəzi hallarda isə pilorostenoz bir qədər sonra (uşağın 1-3 aylığında) aşkar olunur.

Fizioloji olmayan, tez-tez baş verən kiçik qusmalara meylli olan uşaqlar üçün həkimlər xüsusi müalicəvi süni qida qarışığı təyin edə bilərlər. Belə süni qidaların qutusunun üzərində, adətən, “antireflyuks” sözü də yazılır. Belə qidaları yalnız həkimin məsləhəti ilə uşağa vermək olar. Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması zamanı belə qidaların qəbul edilməsinə ehtiyac olmur. Ana südünü, əlbəttə ki, tamamilə belə süni qida ilə əvəz etmək olmaz.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see281

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see253

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see236

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see230

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see211

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see184

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see176

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see173

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see165

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see150

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see149

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see147

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see144

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see141

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see141

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see140

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see137

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see134

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see130

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri