Icma.az
close
up
RU
Uşaqlarda yuxu problemləri ilə bağlı NEVROPATOLOQ TÖVSİYƏLƏRİ

Uşaqlarda yuxu problemləri ilə bağlı NEVROPATOLOQ TÖVSİYƏLƏRİ

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda demək olar ki, əksər uşaqlarda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir.

Xüsusilə körpə və azyaşlı uşaqlarda bu, özünü daha çox büruzə verir. Hətta elə uşaqlar olur ki, gecələr oyaq qalır, oynayır, yeyir, içir, səhər açılanda isə yuxuya gedir və axşam saatlarına qədər yatır. Təbii ki, bu hal valideynlərə yaratdığı çətinliklə bərabər, uşaqların özlərinin sağlamlığına da ciddi şəkildə zərər verir. Çünki gecə yuxusu uşaqlar üçün xüsusilə əhəmiyyətlidir və böyümə hormonlarının ifrazı məhz gecə saatlarında daha çox baş verir. Bəs görəsən niyə körpələr gecə ilə gündüzü səhv salır? Bu problemlərin yaranma səbəbləri hansılardır? Bu cür hallarda dərman preparatlarının qəbulu məqbuldurmu? Mövzu ilə bağlı Ailem.az-ın suallarını nevropatoloq Rima İbadova cavablandırıb.

Rima İbadova deyir ki, uşaqlarda yuxu ilə bağlı problemlər çox zaman ortaya çıxır. Hətta onlara edilən müraciətlərin 80-90 faizi uşaqlarda yuxu problemi ilə bağlı olur: “Çox zaman onlar normal inkişaf edən uşaqlardır. Sadəcə uşağın yuxusu yoxdur deyə gəlirlər. Belə hallarda valideynlərə yuxu rejimini normallaşdırmaq üçün müəyyən qaydalar tətbiq etmələrini tövsiyə edirik. Bu, zamanla düzəlir. Digər halda isə qısa müddətli dərman müalicəsindən istifadə edirik. Qeyd edim ki, yeni doğulma dönəmindən iki yaşa qədər olan uşaqlarda gecə yuxusu kəsintilərində uşaqların Non-REM və REM yuxu fazaları hələ tam formalaşmadığına görə bir çox hallarda normal dəyərləndirilir. Bəzən uşaq gecə yatmır, gündüz yatır, yuxuda kəsintilər olur. Bu zaman bəzi valideynlər yanlışlığa yol verirlər. Uşaqda hər hansı yuxu pozuqluğu hiss edən kimi bəzi dərmanlardan istifadə etməyə tələsirlər. Bu, səhv yanaşmadır. Əgər yuxu probleminin altında başqa bir orqanik səbəb yoxdursa, 3 yaşa qədər uşaqlara bu cür dərmanlar verilməməlidir. Hətta bitki tərkibli olsa belə, uşaqlara yuxu problemini aradan qaldırmaq üçün dərman vasitələrinin verilməsi tövsiyə edilmir”.

Yuxuda olan hərəkət pozuntularına diqqət

Həkimin sözlərinə görə, uşağın yuxusunda olan hərəkət pozuntularına istənilən halda diqqətlə yanaşmaq lazımdır: “Uşağın yuxuya çətin getməsi, yuxuda tez-tez hərəkət və pozisiya dəyişikliklərinin olması, ağızla nəfəs alma, enurez - gecə yataq islatma kimi hallara diqqət edilməlidir. Həmçinin gecə diş qıcırdatmalar, bruksizm dediyimiz hallara da. Bəzən bunu qurdla əlaqələndirilir. Amma bu əlamətin qurdla heç bir əlaqəsi yoxdur. Həmçinin gecə yuxuda gəzmələr, gecə yuxuda qorxmalar, sayıqlamaların olması, səhər ağız quruluğu ilə yuxudan oyanma, səhər yuxudan çətin oyanma, gün ərzində uşağın yorğun, yuxulu olması hamısı yuxu problemlərindən xəbər verə bilər. Bu problemlər parasomni dediyimiz yuxu xəstəliklərindən, eyni zamanda, ağır orqanik problemlərdən də xəbər verə bilər”.

Nevropatoloq xəbərdarlıq edir ki, bir sıra epileptik sindromlar, yuxuda nitq problemləri ilə gedən bir sıra kompleks tutmalar, bəzi xoşxassəli epilepsiya sindromları və bir sıra sindromlar yuxu problemləri, yuxuda hərəkət və nitq problemləri kimi özünü göstərə bilir: “Bir sıra pediatrik sindromlar da gecə yuxuları narahatçılığı ilə özünü göstərə bilər. Ona görə də bu və ya digər dərəcədə yuxu problemi hiss etdiyiniz zaman mütləq şəkildə videoya alınmalı və həkiminiz tərəfindən dəyərləndirilməli, doğru diaqnoz qoyulduqdan sonra müvafiq müalicəyə başlanılıb-başlanılmamasına qərar verilməlidir”.

Uşaqlar valideynləri ilə bərabər gec saatlara qədər yatmır

R.İbadova nisbətən böyük yaşlı uşaqlarda yuxu pozuntularının yaranma səbəblərinə də aydınlıq gətirib. O deyir ki, bu, daha çox məktəb yaşlı uşaqların telefonlardan, digər elektronik vasitələrdən istifadəsi ilə əlaqələndirilir: “Uşaqlar çox gec yatırlar və gec oyanırlar. Bu, doğru deyil. Xüsusən də orqanizmin normal fiziki aktivliyini bərpa etmək üçün gecə yuxusu vacibdir. Çünki uşaqlarda boy hormonu gecələr daha çox ifraz olunur.

Əksərən bu, valideynləri ilə bərabər gec saatlara qədər yatmayan uşaqlarda rast gəlinir. Əgər problem bundan qaynaqlanırsa, ilk növbədə, rejimi normallaşdırmaq lazımdır. Çox zaman uşaqlar bağçaya gedəndə valideynlər deyir ki, uşağın rejimi düzəldi. Çünki səhər saat 8-də dururlar, günorta normal yuxularını yatırlar, axşam da gələndə normal zamanında yatırlar. Amma ev şəraitində uşaqlar valideynlərlə bərabər gec saatlara qədər oyaq qalır, səhər də günortaya qədər yatırlar. Hətta onları saat 1-də, 2-də güclə oyadırlar. Yəni valideyn özü buna şərait yaradır. Belə olan halda əlbəttə ki, uşaqların normal yuxu rejimi formalaşmayacaq”.

Yuxu problemi iki həftədən çox davam edərsə...

Mütəxəssis məsləhət görür ki, uşağın yuxusu gəlməyəndə rahatlaşdırıcı vannalardan istifadə etsinlər, duş qəbulu, təmiz hava da buna çox kömək edər: “Xüsusi diqqət etmək lazımdır ki, yuxu gəlmədiyi müddətcə yataqdan oyun yeri kimi istifadə olunmasın. Yataq oyun yeri deyil və uşaq həmin yerin yatmaq üçün olduğunu bilməlidir. O cümlədən yataq rahat və yumşaq olmalıdır, yataq otağında televizor olmamalıdır. Otağın havasını tez-tez dəyişmək lazımdır, bu, çox vacibdir. Uşaq yatmazdan qabaq ona ağır qidalar verməyin. Göstərilən bu hallarla yuxu rejimini tədricən normallaşdırmaq olar. Bunlara rəğmən yuxu problemi iki həftədən çox davam edərsə, o zaman dərman vasitələri ilə kömək etmək olar”.

Nevropatoloq bildirir ki, ana südü ilə qidalandığı dönəmdə uşaq anası ilə bərabər yata bilərlər: “Çünki ana tez-tez süd verməli olduğu üçün hər dəqiqə yatağından gedib uşağı götürməsi bir az çətinlik yaradır. Amma ümumi baxımdan uşaqlar valideynlərindən ayrı yatmağa nə qədər tez öyrəşdirilsə, bir o qədər yaxşıdır”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:347
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri