“Uşaqların Denver II metodologiyası ilə qiymətləndirilməsi” layihəsi icra olunub
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
“Denver II Uşaq İnkişafına Dəstək Assosiasiyası" Ictimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uşaqların Denver II metodologiyası ilə qiymətləndirilməsi” layihəsini icra edib.
Mia.az xəbər verir ki, layihənin məqsədi uşaqlarla işləyən mütəxəssislər arasında əlilliyi müəyyən edilmiş uşaqların denver metodologiyası vasitəsilə qiymətləndirilmənin təbliği və öyrədilməsidir.
Erkən yaşlarda ölçmə və qiymətləndirmə uşaqların bütün inkişafı haqqında məlumat əldə etmək, təlim prosesində uşağın inkişafını izləmək və xüsusi qayğıya ehtiyacı olan uşaqları müəyyən etmək üçün istifadə olunur. Denver testi uşaqların yaşına uyğun bacarıqlar əldə edib-etmədiyini müəyyən etmək üçün nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində ali təhsil müəssisələrinin sosial iş ixtisasında təhsil alan fəal gənclər üçün təlimlər keçirilmişdir. Təlimlər vasitəsilə sosial işçilər arasında Denver skrininq metodologiyasının tətbiqi öyrənmişlər. Gələcək əmək bazarında yer alacaq sosial işçilər təcrübələrində Denver metodologiyasını tətbiq etməklə uşaqların sağlamlığında olan problemləri erkən aşkara çıxara biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Dekabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















