Icma.az
close
up
RU
Uşaqların dil seçimi sosial mühitin təbii nəticəsidir ŞƏRH EDİLDİ

Uşaqların dil seçimi sosial mühitin təbii nəticəsidir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Müasir Azərbaycan cəmiyyətində uşaqların Türkiyə türkcəsində danışmağa meyil göstərməsi emosional müzakirə predmetinə çevrilsə də, məsələyə sosioloji baxımdan yanaşdıqda bunun kifayət qədər təbii sosial proses olduğunu görürük. Dil davranışı uşaqlar üçün ideoloji seçim deyil, mühitin və təsir mənbələrinin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq, sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, uşaq hansı dil mühitində daha çox vizual və emosional təmas qurursa, həmin dili daha sürətlə mənimsəyir və gündəlik ünsiyyətinə daşıyır: "Son 10–15 ildə Türkiyə istehsalı olan cizgi filmləri, seriallar və YouTube kontenti Azərbaycan ailələrinin informasiya məkanında dominant yer tutub. Uşaqlar üçün nəzərdə tutulan rəngarəng, dinamik və müasir animasiya məhsulları əsasən Türkiyə türkcəsində təqdim olunur. Yerli bazarda isə sistemli, davamlı və yüksək keyfiyyətli Azərbaycan dilli cizgi filmi istehsalı məhduddur. Televiziya kanallarında sovet dövründən qalma rusdilli məzmunun tərcümə edilərək nümayişi uzun illər əsas model olub. Bu isə uşaqlar üçün cəlbedici alternativ mühit formalaşdırmayıb. Sosioloji baxımdan media yalnız əyləncə vasitəsi deyil, həm də sosiallaşma institutudur. Ailə, məktəb və media uşağın dil identikliyini və davranış modelini formalaşdıran üç əsas sütundur. Əgər media məkanı balanslı deyilsə və yerli dil mühitini gücləndirən məhsullar azdırsa, məsuliyyəti yalnız ailənin üzərinə qoymaq obyektiv olmaz. Ailə müəyyən nəzarət mexanizmi qura bilər, lakin qlobal və regional media axınları qarşısında bu nəzarət məhdud xarakter daşıyır.

Digər tərəfdən, məsələni dramatikləşdirmək də doğru deyil. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi eyni dilin iki variantıdır və uşaqların Türkiyə variantını mənimsəməsi dilin itməsi anlamına gəlmir. Bu daha çox leksik və fonetik səviyyədə müşahidə olunan təsirdir. Əsas risk ondan ibarətdir ki, yerli istehsal zəif olduqda, uşaqların dil zövqü və mədəni referansları xarici məhsullar üzərində qurulur. Bu isə uzunmüddətli perspektivdə mədəni istehlak vərdişlərini dəyişdirə bilər. Burada həlledici rol media siyasəti və mədəni istehsalın gücləndirilməsinə aiddir. Əgər yerli animasiya sənayesi inkişaf etdirilərsə, müasir texnologiya və ssenari yanaşması tətbiq olunarsa, uşaqlar təbii şəkildə öz dil mühitinə qayıdacaqlar. Uşaq auditoriyası keyfiyyətə çox həssasdır və maraqlı alternativ olduqda onu seçir. Bu, inzibati qadağalardan daha effektiv mexanizmdir.

Uşaqların Türkiyə türkcəsində danışması fərdi tərbiyə problemindən çox, struktur və mədəni istehsal məsələsidir. Sosial mühit hansı dili dominant edirsə, uşaq da onu mənimsəyir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri