Icma.az
close
up
RU
Uşaqların himayəyə verilməsi prosesində ailələr necə seçilir? RƏSMİ AÇIQLAMA

Uşaqların himayəyə verilməsi prosesində ailələr necə seçilir? RƏSMİ AÇIQLAMA

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Övladlığa uşaq vermək məsələsi cəmiyyət üçün həmişə həssas və vacib sosial mövzu olub. Uşaqların təhlükəsiz və sevgi dolu ailə mühitində böyüməsi onların fiziki və psixoloji inkişafı üçün əsas şərtdir. Azərbaycanda dövlət və yerli sosial xidmət qurumları bu sahədə aktiv fəaliyyət göstərir, himayədar ailələrin seçilməsi, uşaqların ailələrə verilməsi və onların rifahının təmin olunması istiqamətində ardıcıl iş aparılır. 2025-ci ildə övladlığa verilən uşaqların sayı barədə məlumat açıqlanıb. Belə ki, bu il 40 uşaq himayədar ailələrə verilib. Maraqlıdır ki, göstərici əvvəlki illərlə müqayisədə artıb, yoxsa azalıb və himayədar ailə olmaq istəyən şəxslər hansı mərhələlərdən keçməlidir?

Bununla bağlı Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sərvər Abdullayev Avtosfer.az-a bildirilib ki, statistik göstəricilərə əsasən, 2024-cü il ərzində 17-si qız, 13-ü oğlan olmaqla 30 uşaq, 2025-ci ildə isə 20-si qız, 20-si oğlan olmaqla 40 uşaq himayədar ailələrə yerləşdirilib:
“Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, onların hüquqlarının qorunması və sosial rifahının artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlər uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təmin edilməsinə, onların sağlam inkişafı və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, onların övladlığa və himayədar ailələrə verilməsi üzrə işlər həyata keçirilir.  Övladlığa götürmə mexanizmi ilə yanaşı, ölkəmizdə artıq bir müddətdir tətbiq olunan “Himayədar ailə” qayğı modeli uşaqların ailə mühitinə daha tez adaptasiyasına, onların sosial və emosional ehtiyaclarının qarşılanmasına, təhlükəsiz və stabil mühitdə böyüməsinə şərait yaradır.  Ötən dövrdə valideynin zərərli vərdişlərinin olması, uşağa qayğı göstərməkdən imtina etməsi və ya bunu təmin etmək imkanının olmaması, valideynin cəzaçəkmə müəssisəsində olması kimi bir sıra səbəblər uşaqların dövlət himayəsinə götürülməsinə zərurət yaradıb. Həmin uşaqların övladlığa və himayədar ailələrə verilməsi istiqamətində mütəmadi və məqsədyönlü işlər aparılır.  Ötən il himayədar ailələrə verilən uşaqlardan 16-sı 0-6 yaş, 16-sı 7-13 yaş, 8-i isə 14-18 yaş aralığında olub. 2023-cü ilin noyabr ayından bu günədək ümumilikdə 75 uşaq himayədar ailələrə yerləşdirilib”.

Qurumdan bildirilib ki, qanunvericiliyə uyğun olaraq, “Himayədar ailə” mexanizmi üç mərhələdən ibarətdir:
“İlkin mərhələdə himayədar valideyn olmaq istəyən şəxslər qeydiyyata alınır, daha sonra prosesin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir və yekunda valideynlə müqavilə bağlanır. Qeyd edək ki, yalnız qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər uçota alınır və növbəti mərhələyə buraxılırlar. Himayədar valideyn olmaq istəyən şəxs qeydiyyata alınması məqsədilə ilkin olaraq müvafiq notariusda ərizə doldurur, notarial qaydada təsdiq edilən ərizə Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə ötürülür. Şəxs “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır.  Prosesin uşağın mənafeyinə uyğunluğunun yoxlanılması məqsədilə isə himayədar valideyn olmaq istəyən şəxs müsahibəyə cəlb edilir, onun maddi-məişət şəraiti müayinə edilir, eləcə də namizədə təlimlər keçilir. Eyni zamanda müvafiq altsistem vasitəsilə elektron formada himayədar valideyn olmaq istəyən şəxsə uyğun uşaq və uşağa uyğun himayədar valideyn seçilir, sosial işçinin iştirakı ilə onların görüşü təşkil edilir. Prosesdən uğurla keçən şəxslərlə uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanır”.
Nurcan Babək

Oxunub 20

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Yanvar 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri