Uşaqların oturaq həyat tərzinə meyil etməsinin səbəbi bilindi
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
San-Paulu Universitetindən olan braziliyalı alimlərin araşdırmasına görə, əgər valideynlər oturaq həyat tərzi keçirirlərsə, uşaqların onlardan nümunə götürmək ehtimalı yüksəkdir.
Oxu.Az -ın xəbərinə görə, araşdırma "Sports Medicine and Health Science" jurnalında dərc olunub.
Eksperimentdə 6-17 yaş arası 182 uşaq və onların valideynləri - 161 ana və 136 ata iştirak edib.
Valideyn orta intensiv fiziki aktivliyə həftədə150 dəqiqə ayırırdısa, aktiv hesab olunurdu. Bütün qruplarda oturaq vaxt üzrə yüksək səviyyə qeydə alınıb. Orta hesabla həm uşaqlar, həm də onların valideynləri az hərəkətsiz vəziyyətdə gündə 8-9 saat vaxt keçiriblər.
Alimlər o qənaətə gəliblər ki, valideynlərin fiziki fəaliyyət səviyyəsi uşaqların vərdişlərinə birbaşa təsir edə bilər. Başqa sözlə, valideynlər daha aktiv olduqda, onların uşaqlarının uzun müddət oturaq vəziyyətdə qalma ehtimalı azalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 07 Sentyabr 2025 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















