Icma.az
close
up
RU
Uşaqlıqda qorxulu hekayələr yazıb satan, romanı əsasında məşhur serial çəkilən yazıçı Corc Martin kimdir?

Uşaqlıqda qorxulu hekayələr yazıb satan, romanı əsasında məşhur serial çəkilən yazıçı Corc Martin kimdir?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

20 sentyabr tanınmış amerikalı yazıçı və ssenarist Corc Martinin doğum günüdür.

Kulis.az bu münasibətlə xarici mediaya istinadən onun həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Fantastik ədəbiyyatın ən önəmli simalarından biri olan Corc Martin “Buzla Alovun nəğməsi" roman seriyası və onun əsasında çəkilmiş məşhur "Game of Thrones" serialı ilə dünya miqyasında tanınıb. Lakin onun həyatında geniş oxucu kütləsi tərəfindən bilinməyən bir çox maraqlı məqam var.

Uşaqlıq illərindən komikslərə böyük maraq göstərən Corc Martin "Marvel" dünyasına xüsusilə vurğun olub.

"Fantastic Fou" və "Avengers" seriyalarını böyük həvəs və maraqla izləyən Martin, o dövrdə Sten Liyə məktublar yazaraq öz fikirlərini bölüşürdü.

Ən çox təsirləndiyi qəhrəmanlardan biri isə "Wonder Man" idi – onun tragik hekayəsi yazıçıya dərin təsir bağışlamışdı.

Corc Martin Nyu-Cersi ştatının Bayonne şəhərində sadə bir ailədə böyüyüb.

Dəniz limanında yerləşən bu şəhərcikdə yaşadığı vaxt o, astronavt olmağı istəyirdi və uşaq vaxtı başqa diyarları xəyal edərək yazmağa başlamışdı.

Kiçik yaşlarında qonşu uşaqlara qorxulu hekayələr yazıb satan Martin, onların kabuslar gördüyünü eşidən valideynlərin etirazı ilə bu fəaliyyətini dayandırmalı olmuşdu.

Corc Martin 1970-ci illərdə Vyetnam müharibəsində iştirak etməyi rədd etmiş və bu mövzuda aydın mövqeyini ortaya qoymuşdu.

Müharibəyə qarşı olan bu münasibət, onun əsərlərindəki real və sərt döyüş səhnələrinin arxasındakı dərin insani mövqeyinin əsasını təşkil edir.

Yazıçı hesab edirdi ki, müharibə insanlarda həm ən yaxşı, həm də ən pis tərəfləri üzə çıxarır.

1983-cü ildə yazdığı “The Armageddon Rag” romanı kommersiya uğursuzluğu yaşadıqdan sonra Corc Martin yazıçılıqdan uzaqlaşıb televiziya üçün ssenarilər yazmağa başladı.

Lakin bu sahədə də o, sənətkar olaraq tam rahatlıq və azadlıq tapa bilmədi.

"Twilight Zone" və "Beauty and the Beast" kimi layihələrdə çalışsa da, işlərinin yalnız az sayda prodüser tərəfindən görülməsi onu qane etmirdi.

O, deyirdi: “Pul, özünə məxsus olan bir şeyin yerini tuta bilməz.”

Yenidən yazıçılığa dönən Martin, Santa Fe şəhərində şəxsi kitabxanasını yaratdı.

2009-cu ildə bir bina alaraq iki mərtəbəli və orta əsr üslubunda dizayn edilmiş özəl bir kitabxana və yazı ofisi inşa etdirdi.

Bu məkanda təkcə öz əsərləri deyil, dəstəklədiyi digər yazıçıların kitabları da yer alır.

O, həm də incəsənəti dəstəkləyən biri kimi yaşadığı bölgədə aktiv fəaliyyət göstərir.

Corc Martin 2010-cu ildə “The Jean Cocteau Cinema” adlı kiçik müstəqil bir kinoteatrı satın aldı və 2013-cü ildə tamamilə yenilənmiş formada istifadəyə verdi.

Bu məkanda müstəqil filmlər, müəllif təqdimatları, imza günləri, canlı musiqi tədbirləri keçirilir.

Salon həmçinin yeni yazarların kitablarını tanıtmaq üçün bir platforma rolunu da oynayır.

Komiks və fantastika tədbirlərinin daimi iştirakçısı olan Corc Martin bu sahənin aktiv təbliğatçılarındandır.

1964-cü ildə cəmi 16 yaşında ilk dəfə bir komiks konvensiyasında iştirak etmiş və “#1 komiks fanatı” nişanı qazanmışdı. Hələ də bu cür tədbirlərə qatılmaqdan zövq alır.

Maraqlı faktlardan biri də odur ki, Corc Martin bu gün də yazılarını 1980-ci illərə aid DOS əməliyyat sistemi üzərində işləyən "WordStar 4.0" proqramı ilə yazır.

Müasir avtomatik düzəliş və düzənləmə sistemlərindən narazı olan Martin, bu köhnə proqramın ona istədiyi yazı azadlığını verdiyini düşünür.

Yazıçının başqa bir maraq sahəsi isə idmandır. Corc Martin böyük bir Amerika futbolu fanatıdır.

O, New York Jets komandasına dərin bir bağlılıq hiss edir.

Hətta tələbəlik dövründə yerli qəzetdə beysbol mövzusunda yazılar da yazmışdı.

İdman sevgisi o qədər güclüdür ki, bu sahədə elmi-fantastik hekayələr də qələmə almışdır.

"Game of Thrones" serialı kitabları geridə qoyduqdan sonra, serialın yaradıcıları Corc Martin ilə görüşərək əsərin necə bitəcəyi barədə əsas xətləri öyrənmişdilər.

Martin onlara ümumi sonluğu izah etsə də, romanların finalının serialdan fərqli ola biləcəyini hər zaman vurğulayıb.

O qeyd edir ki, serialın altı saatlıq sonluğu var idi, lakin kitabda o, bu hekayəni daha geniş şəkildə təqdim edə bilər.

Yazıçının həyatındakı başqa bir maraqlı fakt isə onun gəncliyində şahmatla məşğul olmasıdır.

1970-ci illərdə şahmat turnirləri təşkil etməklə qazanc əldə edən Martin bunun sayəsində gündəlik işlərə vaxt itirmədən yazıçılıqla məşğul ola bilirdi.

O bildirir ki, şahmat onun yazıçı kimi formalaşmasında böyük rol oynayıb.

Corc Martinin həyatı göstərir ki, bir yazıçının yaradıcılığı təkcə istedaddan deyil, həm də keçdiyi həyat yolundan, ortaya qoyduğu mövqelərindən və gördüyü işlərdən qaynaqlanır.

Onun romanları təkcə fantaziya deyil, dərin insan hekayələri və həyat təcrübələrinin məhsuludur.

Üzeyir Hacıbəylinin ölümündə günahkar Bülbül və Niyazi idi? - Tarixi faktlar Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır "Marvel" təsdiqlədi: İlk “X-Men” filmi çəkiləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri