Icma.az
close
up
RU
USQ nin müharibədə 1 milyon dollar “qazanmış” baş psixiatrı həbs edildi

USQ nin müharibədə 1 milyon dollar “qazanmış” baş psixiatrı həbs edildi

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hüquq-mühafizə orqanları Ukrayna Silahlı Qüvvələrinin baş psixiatrını ələ keçirdi. O, Rusiya ilə müharibə zamanı 1 milyon dollardan artıq gəlir əldə edərək Kiyev bölgəsi və Odessa şəhərində əmlak alıb.

Qaynarinfo xəbər verir ki, SBU-nun mətbuat mərkəzinin Telegram-da yaydığı məlumata görə, xüsusi xidmət orqanları Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Komandanının köməyi ilə baş psixiatrı həbs edib. O, həmçinin Mərkəzi Hərbi Tibb Komissiyasının müavinidir və hərbi xidmətə uyğunluq məsələlərini həll edir.

İstintaq göstərib ki, rəsmi şəxs Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumundan sonra əhəmiyyətli dərəcədə zənginləşib. 

"O, 1 milyon ABŞ dolları dəyərində əsassız aktivlər alıb. Həmçinin, əmlakını özünün bəyanında göstərməyib və onu həyat yoldaşı, qızı, oğulları və digər kənar şəxslərin adına rəsmiləşdirib", - deyə SBU məlumat yayıb.

2022-2024-ci illər ərzində, şəxsin Obuxov rayonunda (Kiyev bölgəsi) özəl ev və iki torpaq sahəsi, Kiyevdə iki mənzil və Odessa şəhərində bir mənzil aldığı bildirilib. Bundan əlavə, psixiatr 4 elit avtomobil alıb - BMW X7 (2024-cü il), BMW X7 və BMW X3 (hər ikisi 2022-ci il), BMW X5 (2023-cü il). O, həmçinin başqa əmlak alıb, lakin bu barədə təfərrüatlar açıqlanmayıb.

Axtarışlar zamanı ondan 152 min ABŞ dolları və 34 min avro tapılıb.

Hazırda ona iki maddə üzrə ittiham irəli sürülür: Ukrayna Cinayət Məcəlləsinin 368-5-ci maddəsi (qanunsuz varlanma) və 366-2-ci maddəsi (yanlış məlumatların bəyan edilməsi). Onun barəsində həbs və əmlaklarına həbslə bağlı qərar verilməsi məsələsi həll olunur. O, 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Ukrayna Baş Prokurorluğunun "Facebook”da verdiyi məlumata görə, bu şəxsin həm də Milli Hərbi-Tibbi Kliniki Mərkəzinin "Baş Hərbi Kliniki Xəstəxanası"nın psixiatrik klinikasının rəhbəri olduğu qeyd olunub. Onun aktivləri arasında 285,2 kvadrat metr sahəsi olan özəl ev də var.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri