ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) spirtli içkilərin qablaşdırma zamanı xərçəngin inkişafına səbəb ola biləcəyinə dair xəbərdarlıq əlavə etməklə məcburi standartlaşdırılmış etiketlənməsinə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
"Alkoqollu içkilərin xərçəngə səbəb ola biləcəyi barədə məlumatlılığı artırmaq üçün spirtli içkilərin üzərində diqqəti çəkən xəbərdarlıq etiketlərinə ehtiyac var. Bu sadə addım istehlakçılara alkoqolun zərərini azaltmağa kömək edəcək qərar qəbul etməyə imkan verə bilər", - məlumatda bildirilir.
Təşkilat qeyd edib ki, bir çox ölkələr hələ də spirtli içkilərdən sui-istifadənin zərərinin azaldılmasında əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Xüsusilə, Avropa regionunda hər il təxminən 800 min insan alkoqolun vurduğu zərədən ölür. ÜST-nin məlumatına görə, AvropadA alkoqolla bağlı ölümlərin əsas səbəbi xərçəngdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 15 Fevral 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















