Icma.az
close
up
RU
Ustaların gizli qazancı 1 manatlıq mal 2 manata aldırılır

Ustaların gizli qazancı 1 manatlıq mal 2 manata aldırılır

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Tikinti sahələrində son dövrlər tez-tez müşahidə olunan problemlərdən biri də materialların gizli yollarla mənimsənilməsi hallarının artmasıdır. Sementdən tutmuş digər inşaat ləvazimatlarınadək müxtəlif vasitələrin işçilər tərəfindən qanunsuz şəkildə ərazidən çıxarılması həm sahibkarları, həm də nəzarət qurumlarını narahat edir. Bəs bu məsələlərə necə nəzarət edilir?

Tikinti eksperti, memar Muxtar Ərturan Metbuat.az-a açıqlamasında bildirib ki, xüsusilə mənzillərdə təmir gedən zaman santexnika və elektrika mallarının oğurlanması daha çox müşahidə olunur. Bununla yanaşı, havalandırmaya aid boruların və motorların oğurlanması halları da mövcuddur. Bu kimi hallar əsasən kiçik, daşınması asan olan materiallarla bağlı olur:

“Praktikada bu proses əsasən belə baş verir: özünü santexnika və ya elektrika "usta"sı kimi təqdim edən şəxslər ev sahibi ilə müəyyən qiymət razılaşması aparır. Ev sahibi qiyməti aşağı salmağı xahiş etdikdə, guya endirim edilir, lakin material siyahısında artıq say yazılır. Məsələn, 10 top naqil əvəzinə 14 top, 5 top dördlük kabel əvəzinə 8 top qeyd olunur. Hər topun qiyməti 80–150 manat arasında dəyişdiyindən artıq yazılan 3–4 top belə ustaya ciddi qazanc verir. Eyni hallar santexnika materiallarında da müşahidə olunur. Astar, üzlük, alçı kimi materiallarda isə bu mümkün olmur, çünki onlar ağır və iri olduğuna görə gizli şəkildə çıxarmaq çətindir. Oğurlananlar əsasən cibdə aparıla bilən xırda əşyalardır: əlcəklər, şuruplar, boltlar və digər alətlər. Hətta spot lampaların da bir neçəsinin “xarabdır” adı ilə götürülərək satılması halları var”.

M.Ərturanın fikrincə, bu prosesin ən geniş yayılmasının əsas səbəbi ev sahiblərinin ustalara həddindən artıq etibar etməsidir:

“Çox zaman usta ev sahibini konkret mağazaya aparır və əvvəlcədən razılaşdırılmış şəkildə 1 manatlıq mal 1,5–2 manata aldırılır. Aradakı fərq isə ustaya qaytarılır. Bu, faktiki olaraq oğurluğun başqa formasıdır. Ümumiyyətlə, inşaat sahəsinin demək olar ki, bütün mərhələlərində bu cür hallar mövcuddur. Memar və dizaynerlərin müəyyən mağazalardan material aldırarkən faiz götürməsi də buna misaldır. Ev sahibi özü parket, çılçıraq və ya divar kağızı alsaydı, həmin faiz qədər endirim əldə edə bilərdi. Lakin bu baş vermir və əlavə vəsait ödənilmiş olur. Daha pisi isə bəzi inşaat materialları və mebel mağazalarının özlərinin ustaları və dizaynerləri yüksək faizlə müştəri gətirməyə təşviq etməsidir. Hansı mağaza daha çox faiz verirsə, müştəri də ora yönləndirilir. Bu hal da oğurluğun bir forması kimi dəyərləndirilə bilər”.

Memar tövsiyə edib ki, təmir və tikinti ilə məşğul olan şəxslər mütləq əvvəlcədən dəqiq smeta çıxartmalı, qiymətləri araşdırmalı və bütün xərcləri nəzarətdə saxlamalıdırlar:

“Dizaynerə və ya memara ödəniş edərkən də bu detallar açıq şəkildə razılaşdırılmalıdır. Əks halda, kənar şəxslərə etibar edildikdə faiz və əlavə qazanc məsələləri qaçılmaz olur. Buna görə də bu sahədə yeganə çıxış yolu nəzarətdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri