Ustaların pulunu oğurladı Həbs edildi
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda "ev sahibinin qohumuyan" deyib ustaların pulunu oğurlayan şəxs həbs edilib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə Nizami rayonu, M.Abbasov küçəsində yerləşən yeni tikilən binanın 7-ci mərtəbəsində baş verib.
1971-ci il təvəllüdlü Z.R. oğurluq etmək niyyəti ilə sözügedən binanın blokuna daxil olub, 7-ci mərtəbəyə qalxıb və təmir gedən evin qapısının qarşısında dayanıb. Qapı açıq olduğu üçün evdə iki ustanın işlədiyini görüb. O, ustalara ev sahibinin qohumu olduğunu və təmirə nəzarət etməyə gəldiyini deyib.
Təqsirləndirilən şəxs daha sonra Ramiz və Orxan adlı ustanın otaqda taxtaların üstündəki mismardan asılmış şalvarların cibindən 1150 manat pulu oğurlayaraq evi tərk edib. Edilən şikayət əsasında Z.R. saxlanılıb. Məlum olub ki, o, oğurladığı pula özünə paltar alıb və qalan vəsaitlə restoranda yeyib-içib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 28 Aprel 2025 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















