Icma.az
close
up
RU
Üstümdən götürdükləri 30 min manat oğlumun mənzil pulu idi Saleh Novruzi məhkəmədə ifadə verdi

Üstümdən götürdükləri 30 min manat oğlumun mənzil pulu idi Saleh Novruzi məhkəmədə ifadə verdi

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxslər- Səhiyyə Nazirliyinin "Respublika Sanitariya- Karantin" PHŞ-nin baş direktoru Novruzi Saleh İman oğlu, direktor müavini  Balışov Yadulla İltifat oğlu və Laboratoriya şöbəsinin müdiri Vəliyev Tahir Cərulla oğlunun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxs Saleh Novruzi ifadə verdi: "Kiçik məbləğdə olan əskinaslar özümə aid idi, onları özüm seyfə qoymuşdum, təxminən 2000 manat civarında idi. Böyük məbləğdə olan əskinaslar oğluma ev behləmişdik Masazır qəsəbəsində, həmin pullar əl çantamda  idi, 30 min manat civarında.  Onun pulunu aparıb verməli idik həmin gün. Oğlum gətirib vermişdi mənə. 

Hakim Rasim Sadıxov Novruz Salehin ibtidai istintaqda başqa ifadə verdiyini qeyd etdi. 

Təqsirləndirilən şəxs Novruzi Saleh istintaqda sağlamlıq durumu ilə əlaqədar o cür ifadə verdiyini izah etdi.  "Təzyiqim yuxarı olduğu üçün şokda idim, həmin gün 12 həb təzyiq dərmanı atmışdım, həm də müstəntiq çəkiliş gedən zaman bizə təzyiq göstərirdi. Sonra da bu barədə müstəntiqə heç bir söz demədim. Tahir Vəliyevin mənə pul verməyinə gəlincə belə hal olmayıb. Mənə vətəndaşlar tərəfindən şikayətlər olmayıb, ancaq müraciətlər olub. Misal üçün bölgədən gələn vətəndaş müraciət edib ki, qalmağa yerim yoxdur, belə halları nəzərə alırdıq".

Dövlət ittihamçısı Rauf Malışov Saleh Novruzinin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan onun ilkin ifadəsinin elan olunmasını məhkəmədən xahiş etdi. 

Məhkəmə prosesi 25 fevral tarixinə kimi təxirə salındı. 

Xatırladaq ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıb. 

İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Yanvar 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri