Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutub FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutub.
Dirijor Fərhad Xudiyevin (ABŞ) rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Emil Bağırov (klarnet) dinləyicilər qarşısında çıxış edib.
Musiqili gecə öncəliklə Niyazinin "Çitra" baletindən Final rəqsi ilə başlayıb. Cahangir Zülfüqarov "Şuşaya aparan yol" simfonik poeması öz musiqisi ilə izləyicilərin könlünü oxşayıb.
Konsertin ikinci hissəsində Eldar Xudiyevin klarnet və orkestr üçün "Sirk" əsərini Emil Bağırov (klarnet) məharətlə ifa edib.
Son olaraq Omar Thomas-ın "Come Sunday" ("Testimony" və "Shout") əsəri ilə konsert arasıkəsilməz alqışlarla sona çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 27 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















