Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin 140 illiyi: Operettalar, filmlər və sənət mühazirələri

Üzeyir Hacıbəylinin 140 illiyi: Operettalar, filmlər və sənət mühazirələri

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Dahi bəstəkarın anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanıb.

Modern.az xəbər verir ki, bu sərəncamın icrasından irəli gələrək mədəniyyət ocaqlarında, təhsil müəssisələrində silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Bu istiqamətdə Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilən tədbirlər çərçivəsində sənətşünas Sədaqət Əliyevanın kuratorluğu ilə Azərbaycan musiqisində operetta janrının əsasını qoyan dahi bəstəkarın “O olmasın, bu olsun” əsərinin 115 illiyinə həsr edilmiş “O olmasın, yubiley olsun” adlı tədbir təşkil olunacaq. 

Tədbirdə muzeyin şöbə müdiri bəstəkar Vəfa Bağırzadənin təqdimatında musiqi dühasının 1910-cu ildə qələmə aldığı “O olmasın, bu olsun” əsərinə nəzər salınacaq, həmçinin kinoşünas Hacı Səfərovun çıxışında “O olmasın, bu olsun” operettası əsasında çəkilmiş eyniadlı film haqqında məlumatlar dinləniləcək. Həmçinin, sözügedən filmdə iştirak etmiş aktyorlarla və bu filmin Azərbaycan kinosundakı əhəmiyyəti ilə bağlı maraqlı məqamlar işıqlandırılacaq. 

Tədbirdə sənətşünas Sədaqət Əliyeva tərəfindən “Geyimlər də rol oynayır” adlı mühazirə təqdim olunacaq. Mühazirədə filmdə nümayiş olunan 1910-cu il Bakı sakinlərinin geyim dəbi haqqında məlumatlar diqqətə çatdırılacaq. Tədbirin ikinci hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları tərəfindən “O olmasın, bu olsun” əsərindən hissələr səhnələşdiriləcək. 

Tədbir 2025-ci il 14 mart tarixində saat 14:00-da Üzeyir Hacıbəylinin ev-muzeyində keçiriləcək. Ünvan: Bakı şəhəri, Şamil Əzizbəyov 67/69.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri