Icma.az
close
up
RU
“Uzun siqnallar, səs küy hər kəsin ömrünü qısaldır, psixoloji gərginlik yaradır” Jurnalist tıxacın yaratdığı problemlərdən DANIŞDI

“Uzun siqnallar, səs küy hər kəsin ömrünü qısaldır, psixoloji gərginlik yaradır” Jurnalist tıxacın yaratdığı problemlərdən DANIŞDI

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda tıxac problemi getdikcə daha çox diqqət çəkir.

Hər gün minlərlə insan saatlarla yollarda itirilmiş vaxtla üzləşir. Bu, təkcə fərdi narahatlıq deyil, həm də sosial və iqtisadi təsirləri olan ciddi bir məsələdir.

Gununsesi.info-ya danışan əməkdar jurnalist Fadil Paşayev mövzunu belə şərh edib:

“Bəziləri deyə bilər ki, camaat artıq bu vəziyyətə öyrəşib. Amma bu qənaəti qətiyyən qəbul etmək olmaz. Çünki bu problem həllini tapmadıqca onun doğurduğu fəsadların fərqinə varılmır. Saatlarla yolda qalmaqla orta hesabla həyatımızın böyük bir hissəsini itiririk.

Tıxac artıq sosial bir bəla kimi insanların boğazına keçir. Bu, təkcə bir şəhərin yox, bütövlükdə ölkənin problemidir. Çünki əhalinin yarıdan çoxu paytaxtda toplanıb. Ola bilsin ki, bəzi şəxslər məsələni şişirtməkdə bizi qınayacaq. Amma hər kəs bilməlidir ki, tıxaclarda uzun müddət hərəkətsiz qalan insanın sinir sistemi zərbə alır. Bu da ictimai aqressiyanın artmasına, insanların əsəbi və dözümsüz davranışlarına gətirib çıxarır”.

Jurnalist qeyd edib ki, uzun müddət gözləmə, oturaq qalmaq bel və boyun ağrılarını artırır, havadakı tüstü və qazlar ürək-damar və tənəffüs xəstəliklərinin riskini yüksəldir:

“Uzun siqnallar, mühərrik səsləri və daimi səs-küy isə şəhərdə yaşayan hər kəsin ömrünü qısaldır, psixoloji gərginlik yaradır. Xroniki yorğunluq və depressiya halları məhz bu sosial bəlanın nəticəsidir.

Nəqliyyat sıxlığı ölkənin enerji balansına da ciddi təsir göstərir. Avtomobillərin aşağı sürətlə, tez-tez dayanıb-hərəkət etməsi daha çox yanacaq sərfinə səbəb olur, ekoloji vəziyyəti pisləşdirir, havaya daha çox karbonmonoksid və zərərli qazların atılmasına gətirib çıxarır. Bu isə Bakının “karbon izi”ni böyüdür, qlobal istiləşməni sürətləndirir”.

Azərbaycanda ən ciddi və dəhşətli problemlərdən biri tıxacdır. Tıxacların şəhərin təsərrüfatına ağır zərbə vurduğunu bildirən Fadil Paşayev əlavə edib ki, bu, malların və xammalın daşınmasında gecikmələrə, nəticədə isə şirkətlərin xərclərinin artmasına və qiymətlərin yüksəlməsinə səbəb olur.

“Əsəbi sürücülər daha çox qəza törədir, ictimai nəqliyyatın effektivliyini azaldır. İnsanlar iş yerlərinə yaxın ərazilərdə yaşamağa üstünlük verirlər ki, bu da mənzil bazarında süni bahalaşmaya yol açır. Turistlər üçün isə Bakı tıxaclı bir şəhər obrazı ilə cazibəsini itirir.

Çıxış yolu nədir? Giriş və dayanacaqların pullu olması problemin köklü həlli deyil, sadəcə büdcəni doldura bilər. Ən azından dövlət qurumlarının böyük əksəriyyəti müasir onlayn sistemlərə keçməlidir.

Güc strukturları və hüquq-mühafizə orqanlarından başqa bütün müəssisələrin bu sistemə keçidi həm şəhərin yükünü azaldar, həm də insanları sosial bəladan qurtarar. Hökumət təcili tədbirlər görməlidir. Əks halda, bu problem özünü daha ağır fəsadlarla göstərəcək”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri