Üzündə bir dənə də qırış qalmayıb Foto
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Hollivud aktrisası Keti Holms Tribeca Film Festivalındakı görüntüsü ilə diqqət çəkib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı aktrisanın yeni fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər və media nümayəndələri onun yaşından daha gənc göründüyünü qeyd ediblər.
Bu görüntülərdən sonra Holmsın estetik prosedurlar və ya plastik əməliyyat etdirdiyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Lakin aktrisa daha əvvəl verdiyi açıqlamalarda belə müdaxilələrə müraciət etmədiyini bildirib. Üzündə bir dənə də qırış olmaması müzakirələrə səbəb olub.
Onun sözlərinə görə, gözəllik sirri sadə dəri baxımı və makiyajdan həddindən artıq istifadə etməməsidir.
Qeyd edək ki, aktrisa son illərdə ictimai tədbirlərdə daha tez-tez görünməyə başlayıb. Tom Kruzla boşandıqdan sonra qızı Surinin tərbiyəsinə üstünlük verən Holms uzun müddət diqqət mərkəzindən uzaq qalmışdı.
Hazırda qızı kollecdə təhsil aldığı üçün aktrisanın həm karyerasına, həm də özünə daha çox vaxt ayırdığı bildirilir.
Baxış sayı:90
Bu xəbər 06 İyun 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















