Icma.az
close
up
RU
Hamının üzündə ikiyə bölünmüş bir təyyarə görürəm...

Hamının üzündə ikiyə bölünmüş bir təyyarə görürəm...

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsindən sonra Azərbaycan xalqı haqqında çox tərifli sözlər eşitmişəm, özüm də öymüşəm… Ancaq onların arasında məni ən çox həyəcanlandıran Vaqif Gərayzadənin dediyi olmuşdu.

Cıdır düzündə addımlaya-addımlaya xalqımızın qüdrəti haqqında qənaətlərimizi bölüşərkən bəstəkar elə beləcə də not dəftərinə köçürdü:

- Qorxuram, bu xalq imperiya xalqına çevrilə…

Üstündən bir neçə il keçib, hər yadıma düşəndə bədənimi fiziki bir silkələnmə ilə qürur basır o sözdən…

Bütün dostlarımın yanında deyirəm. Mənim cəmi bir arzum var. Artıq idi də deyə bilərəm. Çünki onun həyata keçdiyi üç gündür gözlərim önündədir.

İmperiya xalqına çevrilməsə də, mən bu ölkənin insanlarını bir daha heç vaxt məğlub görmək istəmirəm.

İstəməmişəm. Artıq əmin oldum. Bu xalqı heç vaxt məğlub etmək mümkün olmayacaq.

Üç gündür baxışlarını göyə zilləyən bu xalqın dik duruşuna göz yaşlarımı saxlaya bilmirəm. Yadıma şair Əlisəmid Kürün 30 illik işğal bitəndən sonra Qarabağın simvollarından birinə baxıb yazdığı sözlər düşür:

“Dözümünə afərin, Xudafərin!” 

Göydə dövrə vurub geri dönən ölkə Prezidentindən AZAL prezidentinə kimi, dövlətimin ən sonuncu adamına qədər kimə baxıramsa, üzündə ikiyə bölünmüş bir təyyarə görürəm...

Bizi təyyarə kimi yox e, xalq kimi də ikiyə bölüblər, ancaq can verməmişik.

Onda Söhrab Tahirin timsalında reaksiyamız belə olmuşdu:

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha.

Qəzasız-bəlasız bu dünyada heç bir dövlət, heç bir toplum, heç bir coğrafiya yoxdur.

Ancaq qəzaları yarıb keçmək, dik dayanmaq, uçmağa davam etmək, Tanrıya çatmaq, haqqa yetişmək hər kəsə nəsib olmur.

Mən Azərbaycan xalqının əzəməti qarşısında növbəti dəfə və ömürlük baş əyib sözlərimə Səməd Vurğunun bu xalqın ilk qadın pilotu Leyla Məmmədbəyovaya həsr etdiyi misralarla davam edirəm:

Sən göylər yolçusu bir azad quşsan,  
Aylı gecələrdə görürəm səni.  
Zöhrə ulduzuna məftun olmuşsan, - 
Sürürsən üstünə öz təyyarəni!

Bəzən bu səfərdə ağır dumanlar,  
Gəlib quldur kimi kəsir yolunu,  
Sənin qüdrətinə inanmayanlar  
Tutur xəyalında qız olduğunu...

İndi Hökümə, qızım, rahat uyu! Əmin ol, sənin uçuşun heç bitməyəcək, sənin də dediyin kimi “Hər şey yaxşı olacaq...”

Elbrus Ərud

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri