Icma.az
close
up
RU
Uzunmüddətli köp və qəbizliklər təhlükəlidirmi?

Uzunmüddətli köp və qəbizliklər təhlükəlidirmi?

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Köp və qəbizlik şikayətlərinə rast gəlinmə halları həddən artıq çoxdur. Bizim toplumda bu şikayətlər daha çox faizlə özünü göstərir.

Müraciət edən xəstələrin böyük əksəriyyəti həzmsizlik, köp və qəbizliklərdən şikayət edirlər”.

Ailem.az-ın məlumatına görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-qastroenteroloq Nigar Cəfərova deyib.

Mütəxəssis bildirib ki, köpün yaranması bir çox səbəblərlə bağlıdır. Onun sözlərinə görə, köp şikayəti ilə müraciət edən pasientlərdə daha çox qarında ağrılar, gərginlik şikayətləri olur. Köpün patoloji və funksional səbəblərlə bağlı yarandığını qeyd edən həkim deyib ki, əgər bir şəxs daim gəyirmədən, köpdən, mədəsindəki dolğunluqdan şikayət edirsə, bu, patoloji deyil, funksional səbəblidir.

Həkim-qastroenteroloqun sözlərinə görə, bəzən köp həddindən artıq hava udulması nəticəsində də yaranır. Bu hal daha çox saqqız çeynəyən insanlarda müşahidə olunur: "Köpün ən böyük səbəbi karbohidratlarla bağlıdır. Həddindən artıq karbohidrat qəbulu sorulmanı pozur, qaz, köp yaranmasına səbəb olur".

N. Cəfərova qeyd edib ki, süd məhsullarının, paxlalı bitkilərin sorulması gec baş verdiyi üçün bu qidalar da köp şikayətləri yaradır.

Qastroenteroloq həmçinin qeyd edib ki, antibiotiklərdən nizamsız və mütəmadi istifadəsi bağırsağın mikroflorasının pozulmasına, köp, qaz yaranmasına səbəb olur: “Əgər  həkimə köp problemi ilə bağlı müraciət edilirsə, onun səbəbini mütləq araşdırmaq lazımdır. Bəzən bu hal ciddi problemlər də bağlı ola bilər. Mədənin motor funksiyasının zəifləməsi, bir sıra xəstəliklər nəticəsində qida mədədən vaxtına ötürülmür və köp problemi yaranır. Xoralar, bədxassəli törəmələr də köp və qaz şikayətləri yarada bilər. Hormonal pozğunluqlar, zob xəstəliyi, nevroloji problemlər də köp, qaz şikayətlərinə gətirib çıxarır. Nazik bağırsaq infeksiyaları və bağırsaq qurdları da köp yaranmasına səbəb olan amillərdən biridir”.

Həkim bildirib ki, xəstənin köplə yanaşı səbəbsiz yerə çəki itkisi, gecə yuxudan oyadan ağrı, nəcisdə qan, qusma, səbəbsiz ishallar varsa, bunlar həkimə müraciət baxımından çox vacib siqnallardır: “Bu əlamətlər hətta bədxassəli problemlərlə də bağlı ola bilər. Əgər kimsə köplə yanaşı nəcisdə qan görürsə, qusma müşahidə edirsə, səbəbsiz ishallar başlayıbsa, mütləq həkimə müraciət etməlidir".

Mütəxəssis onu da vurğulayıb ki, uzun müddətli köpün əsas səbəblərindən biri qəbizlikdir. Son zamanlar qəbizlik şikayətlərinə geniş rast gəlindiyini deyən həkim vurğulayıb ki, əslində hər gün böyük bayıra gedə bilməmək qəbizlik deyil. Eləcə də bir gündə 3 dəfə bu halın baş verməsi hələ ishal hesab olunmur: “Bir insan 3 gündən bir böyük bayıra gedirsə, bu hal xəstəni narahat etmirsə, 3 gün sonra defekasiya normal baş verirsə bu da qəbizlik sayılmır. 3 gündən çox müddətdə baş verən defekasiya və bu prosesin çətinləşməsi artıq qəbizlik sayılır. Bu hal 3 həftə təkrarlanırsa, bu barədə düşünməyə dəyər”.

Həkim-qastroenteroloq deyib ki, uzun müddətli qəbizliklərin əsas səbəblərdən biri bağırsaqda törəmələrin yaranması, bağırsaq xərçəngi ola bilər. O, oturaq həyat tərzi, hərəkətsizliyin, həmçinin xroniki şəkildə istifadə olunan dərman preparatlarının da qəbizliyə səbəb olduğunu bildirib: "Bəzən xəstə qəbizlik şikayəti ilə daxil olur, xəstəni müayinə etdikdə, söhbət etdikdə məlum olur ki, burada problem qəbizlik deyil, qıcıqlanmış bağırsaq sindromudur. Yəni sırf nevroloji problemlərlə bağlı qəbizlik yaranır və nevroloqun müalicəsi ilə problem aradan qalxır”.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri