Icma.az
close
up
RU
UZUNÖMÜRLÜ MƏMUR VƏ “NAKAM” VƏTƏNDAŞ... Niyə sadə vətəndaş pensiya yaşına çata bilmir, iri məmur isə yaşadıqca yaşayır?

UZUNÖMÜRLÜ MƏMUR VƏ “NAKAM” VƏTƏNDAŞ... Niyə sadə vətəndaş pensiya yaşına çata bilmir, iri məmur isə yaşadıqca yaşayır?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın yaşamaq hüququ təsbit olunub – cinsindən, peşəsindən, vəzifəsindən və s. asılı olmayaraq. Ancaq nə işdirsə, son bir neçə onillikdə Azərbaycanda bəzən nəinki insanların yazdığı qanunlar, hətta təbiət qanunları da düz-əməlli işləmir...

Məsələn, “ölüm haqdır”, “heç kim qismətdən artıq yaşaya bilməz” və s. kimi əsrlər boyu adət etdiyimiz anlayışlar sanki iri ranqlı sabiq və indiki bir çox iri məmurlar, nazirlər, komitə sərdrləri, deputatlar və s. üçün keçərli deyil. Bu adamlara nəinki adi qanunlar, təbiət qanunları da “batmır”!

Son statistika Azərbaycanda xüsusilə də kişilərin 50.4 faizinin, yəni, yarsından çoxunun(!) 65 yaşına çatmamış, pensiya belə almamış dünyasını dəyişdiyini deyir. Dəhşətli statistikadır! Amma bunu iri məmurlara qətiyyən şamil etmək olmaz. Görünür, bu kişilər o kişilərdən deyil... Maraqlıdır, nədən iri məmurlar əsasən yaşı 90-ı haqlamamış dünyasını dəyişmir, sadə vətəndaş isə “nakam” gedir? Əlbəttə, böyük ölçüdə ritorik sual və yanaşmadır. Lakin hər halda, bu sual ölkə vətəndaşını, xüsusilə də sağlamlıq, dolanışıq dərdi çəkən vətəndaşı ciddi maraqlandırır...


Ramiz Mehdiyev – 87 yaş, Artur Rəsizadə - 90 yaş, Ziyad Səmədzadə - 85 yaş, Hacıbala Abutalıbov – 81 yaş, Yaqub Eyyubov – 80 yaş, Əhməd Əhmədzadə - 80 yaş, Polad Bülbüloğlu - 80 yaş, Hüseynbala Mirələmov – 80 yaş, Eldar İbrahimov - 80 yaş, Əli Həsənov(“Qaçqınkom”) – 77 yaş, Ramil Usubov – 77 yaş,  Məzahir Pənahov – 74 yaş və sair. Yaşadıqca yaşayan keçmiş və indiki məmurları, deputatları saydıqca saymaq olar. Əlbəttə, sıravi vətəndaşlar arasında da uzunömürlülər var. Lakin məmurların ümumi sayına nisbətdə uzunömürlülərin xüsusi çəkisi ilə adi vətəndaşların ümumi sayındakı uzunömürlülülərin nisbətini hesablayan olsa, birincilərin əzici üstünlüyə malik olduğu açıq görünər. Yəni, şərti olaraq sıravi vətəndaşın, xüsusilə də kişilərin 100-dən 20-si 70 yaşı ötə bilirsə, məmurlarda bu göstərici 100-dən 90-nın üzərində olar ki, az olmaz.


Son illər mərhum Gənclər və idman naziri Azad Rəhimov xaric hansısa iri ranqlı məmurun vaxtsız dünyasını dəyişdiyinə dair hər hansı faktı xatırlaya bilərsinizmi?...

Bəs, sadə vətəndaşla məmur arasındakı uzunömürlülük nisbətindəki bu fərqin, “uçurumun” səbəbi nədir? Məlum məsələdir ki, insan həyatının uzunluğunu bədbəxt hadisələr və irsi xəstəliklər xaricində müəyyən edən əsas şərt həyat keyfiyyətidir. Bu keyfiyyət isə insanın istifadə etdiyi ərzaqdan udduğu havaya, səhiyyə xidmətlərinə, yaşadığı stresslərə qədər bir çox faktorlardan asılıdır ki, bütün bu parametrelərdə də sadə vətəndaş iri məmura dəfələrlə uduzur.

Sadə insanımız mağazalarda üzərində “endirim” yazılan, tərkibi heç Allaha da məlum olmayan xəstəlik mənbəyi kolbasa-sosiska, “broyler toyuğu”, bitki yağı adı altında satılan amma özü sürtkü yağlarından az fərqlənən sarı maye, “inəkdən xəbəri olmayan” kərə yağı, geni dəyişdirilmiş tərəvəz, meyvə, apteklərdə isə bahalı dərmanın “əvəzedicisi”ni, yəni, daha ucuzunu və keyfiyyətsizini axtarır. Çünki imkanı yalnız bunlara çatır. Həmin vaxt iri məmura hər şeyin “orqaniki” gətirilir.


Bu adamlar adi iynəni belə Azərbaycanda vurdurmur, İsraildə, Almaniyada, ABŞ-də müalicə olunur. İstirahətini, məzuniyyətini dünyanın ən bahalı, ən gözəl, ekoloji cəhətdən ən təmiz məkanlarında keçirir. Sadə vətəndaş isə bahalığa görə öz rayonlarımıza belə gedə bilmir, sərhədlər bağlanandan sonra hətta nisbətən ucuz Gürcüstana belə həsrət qalıb...

Məmurun “təpəsinə tapanca dirəsən”, gəlib NZS-də yaşamaz. Onun mütləq Şüvəlanda, Zağulbada, Mərdəkanda, Nardaranda və s. elə həmin şərti NZS-də yaşayn vətəndaşdan, onun dövlətinin büdcəsindən oğurladığı pullar hesabına bağı, villası var. Məmurun, deputatın sabiqi də, hazırda vəzifədə olanı da orada yaşayır, işə də hər gün bahalı xidməti avtomobilində oradan gəlir...


Statistika onu da deyir ki, Azərbaycanda vaxtsız ölümlərin əsas səbəbləri sırsaında ürək-damar xəstəlikləri və xərçəng ilk yerləri tutur. Günü bu gün Milli Onkologiya Mərkəzinin qarşısında “mitinq meydanı”na, içində isə “insan tıxacı”na şahid ola bilərsiniz. Həkim qəbuluna düşməkdən “ximiya almağa” qədər hər yerdə ucsuz-bucaqsız növbələrdir. Dərmanlar da “od qiyməti”nə.

Artıq uzun illərdir xərçəng diaqnozu inkişaf etmiş ölkələrdə “ölüm hökmü” deyil! İnsanlar bu xəstəlikdən ya tam sağala, ya da 10 ildən artıq və daha çox yaşaya bilir. Azərbaycanda isə bizim səhiyyədən imdad diləyən imkansız xərçəng xəstəsinin ümidi yalnız Allaha qalır...

Bir sözlə, sadə vətəndaşla məmur arasındakı böyük uçurum onun ömrünün uzunluğunda da özünü tam və çox acınacaqlı şəkildə göstərir. Təbii ki, məmur, rəis, fəhlə, kəndli və s. olmasından asılı olmayaraq, kimsəyə vaxtsız ölüm arzulamırıq. İstədiyimiz sadəcə, bütün yazılan və yazılmayan qanunların normal, hamı üçün bərabər şəkildə işlədiyi, hamının sözün əsl mənasında yaşamaq haqqı olan(!) bir ölkəyə sahib olmaq və bu ölkədə yaşamaqdır...

Cəlal Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Mart 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri