Icma.az
close
up
RU
Vətəndaş müavinət ala bilmir, qurumlar niyə imtina edir? ŞİKAYƏT

Vətəndaş müavinət ala bilmir, qurumlar niyə imtina edir? ŞİKAYƏT

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tribunainfo.az xəbər verir ki, İnternat məktəbinin məzunu Eldarov Xəlil Sərdar oğlu tərəfindən Musavat.com-a  şikayət məktubu daxil olub. O məktubunda bunları qeyd edir:

“Mən, Eldarov Xəlil Sərdar oğlu dörd uşaq atasıyam, imtiyazlı şəxsəm və ciddi narahatlıq keçirirəm. Qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş şəxslər ilk dəfə işə qəbul olunduqda əməkhaqlarının 5 misli məbləğində birdəfəlik müavinətlə təmin olunmalıdırlar.

Bu məsələ ilə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm, lakin mənim kimi şəxslərə bu ödənişin verilməsindən imtina edilib. Halbuki, qanunvericiliyin  693 saylı və Nazirlər Kabinetinin 179 nömrəli qərarında göstərilən qaydalara əsasən bu təminat nəzərdə tutulub.  Milli Məclisin Sosial qanunvericilik şöbəsində də olmuşam və orada mənə bildirilib ki, bu, birdəfəlik ödəniş hüququmdur. Lakin nazirlik bunu həyata keçirməkdən imtina edir. Nazirliyin daxilində qanunvericiliyə uyğun olmayan qərarlar qəbul edilib və bu qərarlar əsas gətirilərək müavinət verilmir”.

Şikayətçinin sözlərinə görə, əvvəl bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də müraciət edib:

“O zaman  mənə bildirildi ki, məsələ yaxın zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə ediləcək, ora müraciət edərəm. Amma bundan sonra da problemlər ortaya çıxdı.

Milli Məclisin qanunvericilik şöbəsi təsdiq edir ki, bu ödəniş mənə düşür, lakin icra orqanları bu qərarı tətbiq etməkdə çətinlik çəkirlər. Bu məsələ ilə bağlı bir neçə qəbulda olmuşam. Artıq çarəsiz vəziyyətdəyəm. Məhkəməyə müraciət etmişəm. Birinci instansiya məhkəməsi xeyrimə qərar çıxardı və müavinətin təmin edilməsini tələb etdi. Lakin Apelyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı ləğv etdi.

Hətta deputatlarımıza da bu barədə müraciət etmişəm. Kimə müraciət edirəmsə, deyirlər ki, bu qanun sizə aid deyil. İzah edirəm, amma başa düşmürlər. Xahiş edirəm, mənə kömək edin”.

Qeyd edək ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu göndərdik. Musavat.com qurumdan sorğuya verilən cavabı təqdim edir: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilir ki, valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar isə hər iki valideyni:

– məlum olmayan;

– valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;

– xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;

– cəzaçəkmə müəssisələrində cəzasını çəkən;

– uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;

– uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən,

– qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

Eyni zamanda, bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər, eləcə də valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər.

Vətəndaş Eldarov Xəlil Sərdar oğlu valideynlərini itirdiyi zaman yaşı 18-dən çox olub, həmçinin həmin vaxt əyani formada təhsil almayıb. Ona görə də o, valideyn himayəsindən məhrum olmuş şəxs hesab edilmir və  bu səbəbdən də ona birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliklə mümkün deyil.

Xəlil Eldarovun ona birdəfəlik müavinətin təyin edilməməsi ilə bağlı Nazirliyə qarşı qaldırdığı iddia məhkəmə tərəfindən də təmin edilməyib və bununla bağlı Apellyasiya Məhkəməsinin qərarı da Ali Məhkəmə tərəfindən də dəyişdirilmədən qüvvədə saxlanılıb”.

Tribunainfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Aprel 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri