Vadim Vasilyevin müalicə müddəti uzadıldı
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan millisinin sabiq hücumçusu Vadim Vasilyevin müalicə müddəti daha bir il uzadılıb.
Modern.az xəbər verir ki, bu barədə “Report”a bir müddət əvvəl insult keçirən veteran futbolçu özü deyib.
O, dərmanlarla təmin olunsa da, maddi cəhətdən dəstək görmədiyini və bu səbəbdən iş axtardığını bildirib:
“Hər gün xəstəxanaya gedirəm, tok müalicəsi alıram, idman edirəm. Həkimlər ən azı daha bir il bərpa prosesi keçməli olduğumu deyiblər. Dərmanlar içirəm. Xəstə adamam, kimdir mənə iş verən? Heç kim maraqlanmır, təklif etmirlər. Dərmanlarımı almaqda Heydər Əliyev Fondu kömək göstərir. Ancaq maddi dəstək yoxdur, işləmək istəyirəm”.
Qeyd edək ki, 52 yaşlı veteran futbolçu 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 05 Noyabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















