Vağzalda DƏHŞƏT: Sərnişini hərəkətdə olan qatarın altına itələdi Anbaan VİDEO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Washington ştatının Seattle şəhərində yerləşən Northgate qatar stansiyasında baş verən insident təhlükəsizlik kameralarına düşüb.
Milli.Az xəbər verir ki, hadisə zamanı platformada qatar gözləyən sərnişinin yaxınlaşan qatarın qarşısına itələnməyə çalışıldığı əks olunub. Görüntülərdən məlum olur ki, şübhəli şəxs bir müddət sərnişini izlədikdən sonra qəfil hücum edərək onu relslərə doğru itələməyə cəhd göstərib.
Zərərçəkən son anda müvazinətini qoruyaraq hücumdan xilas olub. Bundan sonra isə şübhəlinin yenidən hücuma keçdiyi, lakin sərnişinin qatar yoluna düşməkdən son anda qurtulduğu görünür.
Baş verən hadisə sosial mediada da geniş müzakirələrə səbəb olub. Məhkəmə tərəfindən şübhəlinin psixi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı qərar verildiyi bildirilir.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Aprel 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















