Icma.az
close
up
RU
Vahid aylıq müavinət “məcburi köçkün” statusu olanların heç də hamısına təyin edilmir

Vahid aylıq müavinət “məcburi köçkün” statusu olanların heç də hamısına təyin edilmir

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi valideynlərindən birinin "məcburi köçkün" statusu olmayan şəxslərə vahid aylıq müavinətin təyin edilməməsinin səbəbini açıqlayıb.

Komitədən "Yeni Sabah"a verilən məlumata görə, vahid aylıq müavinət - işğal nəticəsində doğma torpaqlarından, daşınmaz əmlakından və vərdiş etdiyi təsərrüfat-məişət şəraitindən məhrum olmuş şəxslərə dövlətin fərdi dəstək mexanizmidir və hazırda onun təyin edilməsi ayrıca normativ-hüquqi aktla tənzimlənir.

Məlumatda bildirilib ki, bu, Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"dır. pizza mizza

"QaçqınKom" xatırladıb ki, vahid aylıq müavinət "məcburi köçkün" statusu (vəsiqəsi) olanların heç də hamısına təyin edilmir:

"Məcburi köçkün statusu olan, lakin vahid aylıq müavinətin şamil edilmədiyi şəxslər mövcud Qaydanın 2-ci bəndinə əsasən müəyyənləşdirilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri "məcburi köçkün" statusuna malik olmayan şəxslərə vahid aylıq müavinət verilmir.

Bu məsələyə hüquqi məntiq və sosial ədalət prinsiplərindən yanaşdıqda qeyd etməliyik ki, ailədə valideynlərdən biri məcburi köçkün statusuna malik olmadıqda, həmin ailə tam mənada mənzil-məişət və torpaq resurslarından məhrum olmuş sayılmır. Yerli (məcburi köçkün olmayan) valideynin daşınmaz əmlak, mənzil, mülkiyyət və digər sosial-iqtisadi təminatlara çıxışı olduğundan, bu cür ailələr kütləvi humanitar risk qrupundan fərqləndirilir. Büdcə vəsaitlərinin həqiqi ehtiyacı olan, hər iki valideyni də köçkün statusu daşıyan və tamamilə dövlət qayğısına söykənən ailələrə yönəldilməsi sosial ədalət və ünvanlılıq prinsipinin tələbidir".

Eyni zamanda, Dövlət Komitəsinin məlumatıbna görə, ötən dövr ərzində Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (ƏHALİ) bazası ilə Dövlət Sosial Müdafiə Fondu və Dövlət Komitəsinin məlumat bazaları tam elektron inteqrasiya olunmamışdı. Qaydanın 2.6-cı bəndinə aid hal seçmə və manual (fərdi) yoxlamalarda gözdən yayınırdı. Son dövrdə dövlət informasiya ehtiyatlarının çarpaz inteqrasiyası (e-dövlət) nəticəsində əsassız ödənişlər avtomatik aşkarlanaraq dayandırılır:

"Dövlət büdcəsinin qorunması prinsiplərinə uyğun olaraq, müvafiq maddələr üzrə təyinatdan kənarlaşma olmaması məqsədilə monitorinqlər zamanı qanunvericiliklə müəyyən edilmiş şərtləri ödəməyən - adına daşınmaz əmlak sahəsi (ev, mənzil) alan, VÖEN (vergiödəyicisinin eyniləşdirmə nömrəsi) əldə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan, nikah qeydi ilə statusu dəyişən, eləcə də təqvim ili ərzində müxtəlif dövrlərdə xaricdə ümumilikdə 182 gündən artıq yaşayan şəxslərə dövlət vəsaitinin ayrılması hüquqi baxımdan mümkün deyil.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial ödənişlərlə bağlı məsələlərin vətəndaşlar üçün həssas xarakter daşıdığını daim nəzərə alır. Bununla yanaşı, dövlət orqanları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət büdcəsi hesabına həyata keçirilən bütün sosial ödənişlərin təyin edilməsində qüvvədə olan hüquqi normaların mütləq tətbiqini təmin edirlər".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Avqust 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri