Icma.az
close
up
RU
Vahid Məhərrəmli: “Subsidiyaların verilməsi ilə bağlı qayda qanuna ciddi ehtiyac var”

Vahid Məhərrəmli: “Subsidiyaların verilməsi ilə bağlı qayda qanuna ciddi ehtiyac var”

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Məlum olduğu kimi, Milli Məclisin dünənki iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Müzakirələrdə hökumət üzvləri çıxış edərək növbəti ilin büdcə zərfi ilə bağlı öz mövqelərini ifadə ediblər. Həmçinin Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da çıxış edib. O bildirib ki, dövlət büdcəsindən subsidiyanın ayrılmasının aydın və anlaşılan qaydaları olmalıdır. 

Palata sədri vurğulayıb ki, qaydaların olmaması subsidiyanın yalnız əməliyyat xərclərinin (zərərinin) qarşılanması üçün verilmə meyarının gözlənilməməsi risklərini yaradır. Bundan əlavə, dəyişikliklər subsidiya və sifarişlə bağlı vergi qanunvericiliyindəki tələblərin təsirinin də diqqətdə saxlanılmasını zəruri edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Hurriyyet.az-a bildirib ki, subsidiyaların verilməsi ilə bağlı qayda-qanuna ciddi ehtiyac var: “Ümumiyyətlə, qanun hazırlananda Azərbaycanda strateji əhəmiyyət kəsb edən məhsulların istehsalını artırmaq, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatını ödəmək əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycanda məhsuldarlıq aşağı olduğu və məhsulun satış qiyməti fermerlərimizi qane etmədiyi üçün dövlət öz üzərinə müəyyən öhdəlik götürür, o sahəyə pul şəkilində yardım edir. Və konkret olaraq istehsal olunan məhsulun dəyərinin müəyyən faizi qədər subsudiya verir”. 
V.Məhərrəmli hesab edir ki, dövlət mütləq əmtəəlik məhsula görə subsidiya verməlidir: “Əgər kəndli və yaxud fermer istehsal etdiyi məhsulu özü istehlak edirsə və yalnız özünün təminatı qədər məhsul istehsal edirsə, dövlət onun üçün subsidiya ayırmamalıdır. Dövlət yalnız o sahələrə subsidiya ayırmalıdır ki, o fermerin istehsal etdiyi məhsul ölkənin ərzaq məhsullarına olan tələbatını hansısa həcmdə təmin edir. Bu, nəzərə alınmalıdır. Digər tərəfdən burada təbiət, yəni sığorta hadisələri baş verir. Belə olan halda, dövlət bu sığortanın da 80-90 faizini öz üzərinə götürməlidir. Nəyə görə, deyirəm ki, dövlət bəzi ödənişləri öz üzərinə götürməlidir?! Ona görə ki, bizim kəndlilərin indiki halda, maddi vəziyyəti çox çətindir. Birincisi, kəndlilərə ucuz kredit resursu təklif olunmur, təklif olunan kredit resursu yüksək faizlədir. O da kəndlilərimizi qane etmir”. 
“İkincisi, Azərbaycanda məhsuldarlıq aşağıdır və kəndlilər nə qədər çalışsalar da, müəyyən səbəbdən aşağıdır. Suvarma suyu, keyfiyyətli toxum, gübrə və pestisidin təminatında problem var. Kəndlilərimizin özlərinin bilik və bacarıqları günün tələbinə cavab vermir. Bunu nəzərə alaraq, hökumət  onlara müəyyən mərhələyə qədər dəstək verməlidir. Burada hökumət istiqamət verməməlidir ki, kəndli əldə etdiyi vəsaitin hansı hissəsinə gübrə, pestisid və yaxud toxum alacaq. O faktorları nəzərə alaraq, kəndliyə konkret müəyyən məbləğdə maliyyə resursu ayrılmalıdır, kəndli həmin resurslardan istifadə etməlidir və seçim imkanı yaradılmalıdır. Yəni gübrəni, toxumu və yaxud pestisidi hansısa monopolist ölkəyə gətirməli deyil. Bazarda imkan yaratmaq lazımdır ki, fermerlər istehsal vasitələrini ucuz və keyfiyyətli əldə etsin. Yəni belə rəqabət mühiti olsa, ölkəyə keyfiyyətli toxum, gübrə və pestisid materialları gətirilə bilər. Bu da ümumi məhsuldarlığın artmasına yardım edər. Hesab edirəm ki, subsidiyaların verilməsinə Qərb ölkələrində olduğu kimi yanaşma olmalıdır”-deyə V.Məhərrəmli əlavə edib.
CAVİD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Noyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri