“Valdas bizim haqqımızda nə məlumat verə bilər?”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan milli komandasının üzvü Rəhman Daşdəmirov sabah Tacikistanla keçiriləcək yoldaşlıq oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” 26 yaşlı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:
- Sabah Millətlər Liqası öncəsi son yoldaşlıq oyunumuzudur. Rəqib yaxşı komandadır, futbol oynaya, nə istədiklərini bilirlər. Biz də özümüzə inanırıq. Ayxan müəllimin tapşırıqları var. Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik.
- Çempionlar Liqası ab-havası gördükdən sonra özünüzdə fərq hiss edirsiniz?
- Mənim üçün heç bir fərq yoxdur. İstər Çempionlar Liqası olsun, istər milli komanda. Hər oyuna eyni cür hazırlaşıram.
- Qrupdakı şanslarımız haqda nə düşünürsən?
- Əsas sabahkı oyundur. Sabahkı matça köklənmişik. Digər rəqiblər də bizə uyğundur. Maksimum nəticə qazanmağa çalışacağıq. İnanıram ki, hamısında qalib gələ biləcəyik.
- Litva millisinin baş məşqçisi deyib ki, Valdas Dambrauskas dostumuzdur, ondan Azərbaycan yığması haqda məlumat alacağıq. Valdas millimizdən nələr deyə bilər?
- Özüm şəxsən Valdasla danışmışam. O, bizim daha üstün cəhətlərimizi bildirib. Məncə burada belə bir şey yoxdur ki, fərqli nə isə deməyib. Deyib ki, daha yaxşısınız. Onun özü üçün də maraqlı olacaq. Bizim haqqımızda nə məlumat verə bilər? Döyüşkən olduğumuzu deyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 23 Sentyabr 2026 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















