Icma.az
close
up
RU
Valdas: “Məndən şikayət eşitməyəcəksiniz”

Valdas: “Məndən şikayət eşitməyəcəksiniz”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının VII turunun “Karvan-Yevlax” – “Sabah” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Birinci saniyədən sona qədər dominant olan biz idik. İlk hissədə iki qol vurduq, amma daha çoxunu edə bilərdik. İstərdim ki, oyunçularım daha çox qol vursun, özlərinəinamı artırsın. Oyunun son dəqiqəsində baş verən hamımızı çox üzdü. Dua edəcəyik ki, Mikelsdə ciddi zədə olmasın.

– Mikelsi sona qədər meydanda saxlamağınız nə ilə bağlı idi?
– Sualı anlamadım. Çünki Mikels hazırda əlimizdə olan yeganə hücumçudur. O, daha çox qol vurmaq arzusundadır. Buna görə onu meydanda saxladım.

– “Sumqayıt”la oyundakı mübahisəli epizodlara Hakimlər Komitəsinin sədri De Bleker şərh verib və o, qərarların doğru olduğunu deyib…
– Hamının öz rəyi var və buna hörmət etməliyik. Bu haqda mübahisə etmirəm. Şəxsən, fərqli ölkələrdə işləmiş hakimlərlə danışdıqdan sonra deyə bilərəm ki, ikinci qolumuz təmiz idi və hakimin qərarı doğru deyildi. İlboyu belə hallar olacaq. VAR verilən qərarı dəstəkləməlidir. 50/50 situasiyaların olması normaldır. Həqiqətən, ikinci qolumuzda əllə oyun görmədim. Sübutu olmayan bir şey axtarırmış kimi idik.

– Komanda sanki tam gücünü qoymadı. Bu, sizin tapşırığınız idi?
– Sizinlə razı deyiləm. “Karvan-Yevlax” kimi komandalara – 11 nəfərlə müdafiə olunanlara qarşı hücuma çıxan zaman arxadakı boşluğa diqqət etməlisən. Rəqib bu gün yalnız ilk hissənin sonlarında cərimə meydançamızda topla ola bildi. Oyunboyu üstün olan biz idik. İkinci hissədə qol imkanlarımız var idi. Uşaqlar güclərini qoydular, sadəcə hücumları sonlandırmada problemlər yaşadıq.

– Mikelsin durumu ciddi olsa, bu, növbəti oyunlarda problem yarada bilər?
– İstər oynasın, istər yox, “Zirə” ilə matç çətin keçəcək. Əfsuslar olsun ki, futbolda belə hallar var. Əlimizdə olan oyunçulardan istifadə edəcəyik. Heyətimizdə ciddi itkilər var. Amma məndən şikayət eşitməyəcəksiniz. Nə vaxtsa deməyəcəm ki, bu uşaqlar oynamadı deyə uduzduq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri