Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edəcək
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 20-23-də Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, iqtisadi əlaqələri gücləndirmək və müxtəlif sahələrdə yeni investisiya imkanlarını araşdırmaq məqsədilə Almaniyaya səfəri baş tutacaq.
20-21 yanvar tarixlərində nümayəndə heyəti Bavariya İqtisadiyyat Nazirliyinin yüksək vəzifəli rəsmiləri ilə görüşəcək və Münhendə keçiriləcək Almaniya-Azərbaycan İqtisadi Forumunda iştirak edəcək. Tədbirdə iştirakçılara Azərbaycanda mövcud investisiya imkanları haqqında ətraflı məlumat veriləcək.
22-23 yanvar tarixlərində nümayəndə heyəti Mayns şəhərində baş tutacaq “Annual Reception of Economy 2025” və "Azərbaycan: Gələcəyin Mərkəzi - Alman Şirkətləri üçün Strateji İmkanlar" tədbirlərində iştirak edəcək. Tədbir iştirakçıları Azərbaycanın strateji layihələri, ölkənin regional logistika mərkəzi kimi rolu və xarici investisiyaların cəlb edilməsinə köklənmiş əhəmiyyətli iqtisadi inkişafı haqqında məlumatlandırılacaq.
Baxış sayı:88
Bu xəbər 17 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















