Icma.az
close
up
RU
Valideyn komitələrinin fəaliyyəti 8 Martda, Müəllimlər Günündə pul yığmaqdan ibarətdir

Valideyn komitələrinin fəaliyyəti 8 Martda, Müəllimlər Günündə pul yığmaqdan ibarətdir

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hazırda məktəblərdə valideynlər tərəfindən könüllü şəkildə yaradılan valideyn komitələrinin heç bir hüquqi əsası yoxdur. Onlar məktəbin strukturuna daxil deyillər”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Xəzər TV-də yayımlanan "Xəbər ertəsi” verilişində təhsil eksperti Kamran Əsədov səsləndirib.

Ekspertin sözlərinə görə, məktəblərdə baş verən neqativ halların fonunda daha çox valideyn komitələrinin fəaliyyəti diqqət çəkir:

"Hazırda ölkədə təxminən 80 min orta məktəb sinfi var. Bu o deməkdir ki, 80 min valideyn komitəsi mövcuddur. Amma onların nə nizamnaməsi, nə də fəaliyyət istiqaməti müəyyənləşdirilib. Reallıqda isə Valideyn komitələrinin fəaliyyəti əsasən 8 Mart, Müəllimlər Günü kimi bayramlarda pul yığımı ilə məhdudlaşır. Bu isə təhsil adına ləkədir. Burada təşəbbüskar tərəf çox vaxt elə valideynlərin özləridir. Valideyn komitələrinin fəaliyyəti xüsusilə ibtidai siniflərdə daha qabarıq görünür”.

Kamran Əsədov əlavə edib ki, belə komitələrin fəaliyyəti digər ölkələrdə də mövcuddur:

"Lakin orada bu işlər müvafiq əsasnamə və qaydalar əsasında həyata keçirilir. Bizdə də bu istiqamətdə yenidən baxış olmalı, müvafiq dəyişikliklər edilməlidir. Məktəb-valideyn münasibətləri müəyyən struktur çərçivəsində tənzimlənməlidir. Bunun üçün isə hüquqi əsas vacibdir”.

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) bildirilib ki, hazırda hər bir ümumi təhsil müəssisəsində məktəb və sinif valideyni komitələri fəaliyyət göstərir:

"Onlar öz işində "Ümumitəhsil məktəbinin valideyn komitəsi haqqında əsasnamə”ni, məktəbin iş planını, valideyn yığıncaqlarının və pedaqoji şuraların qərarlarını, həmçinin məktəb direktorlarının və sinif rəhbərlərinin tövsiyələrini rəhbər tutur. Komitələr məktəblə daim əlaqədə olur, məktəb-valideyn və məktəb-şagird münasibətlərinin tənzimlənməsində iştirak edirlər”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri