Icma.az
close
up
RU
Valideyn komitələrinin rəsmiləşməsi ilə bərabər neqativ praktika qanuni don geyinə bilər Kamran Əsədov

Valideyn komitələrinin rəsmiləşməsi ilə bərabər neqativ praktika qanuni don geyinə bilər Kamran Əsədov

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Valideyn komitələrinin rəsmiləşdirilməsi məktəb idarəçiliyi ilə bağlı ictimai gözləntilərin dəyişməsini əks etdirir. Məktəblərdə maliyyə və təşkilati məsələlərin valideynlərin öhdəsinə buraxılması uzun illərdir cəmiyyətin müzakirə mövzusu olsa da, bu proses əksər hallarda qanuni çərçivədən kənar şəkildə həyata keçirilib".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov məktəblərdə mövcud olan valdeyn komitələrinin rəsmiləşdiirlməsi ilə bağlı verilən təkliflərdən danışarkən bildirdi.

"Statistik məlumatlar da göstərir ki, Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə daxil olan şikayətlərin əhəmiyyətli hissəsi - bəzi illərdə 40 faizə qədər - valideynlərdən pul yığılması ilə bağlıdır. Bu isə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə valideyn komitələrinin fəaliyyəti daha çox maliyyə toplama mexanizminə çevrilib. Əgər bu qurumlar rəsmi status qazansa, qanunla müəyyən olunmuş qaydalara tabe edilərsə, neqativ halların qarşısını almaq mümkün olar".

Onun fikrincə, rəsmiləşdirilmiş valideyn komitələri təhsil müəssisələrində ictimai iştirakçılığı artırar, valideynlərin məktəbin tədris mühiti ilə bağlı qərarların qəbuluna daha şəffaf formada qatılmasına imkan verər:

"Belə komitələr sosial layihələrdə, məktəb mühitinin sağlamlaşdırılmasında, şagirdlərin davranış problemlərinin həllində və məktəb-valideyn münasibətlərinin tənzimlənməsində faydalı rol oynaya bilər. 

"Amma postsovet məkanında - xüsusilə Rusiya və Ukrayna təcrübəsində - valideyn komitələrinin rəsmiləşdirilməsi çox zaman “leqal pul toplama mexanizmi”nə çevrilib. Bu isə korrupsiya elementlərini gücləndirib, müəllimlərlə valideynlər arasında süni gərginlik yaradıb və təhsil müəssisəsinin şəffaflığını azaldıb. Azərbaycan üçün də risk odur ki, əgər bu qurumların fəaliyyət dairəsi aydın şəkildə müəyyən olunmazsa, rəsmiləşmə ilə bərabər neqativ praktika qanuni don geyinə bilər.

Valideyn komitələrinin rəsmiləşdirilməsi potensial olaraq faydalı ideyadır, amma bu, yalnız ciddi qanuni tənzimləmə və ictimai nəzarət mexanizmləri ilə müşayiət olunarsa, real nəticə verəcək. Əks halda, illərdir müzakirə olunan problemin formal olaraq davam etməsi qaçılmaz olacaq. Müəllimlər hər zaman hörmət və dəstəyə layiqdirlər və onların nüfuzunu qorumaq üçün valideynlərin məsuliyyətli davranışı əsas şərtdir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər, yayımladığı qadağalar və mövqeyin prinsipiallığı isə təhsilin sağlam gələcəyinə hesablanmış müsbət addımdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri