Valideynlər, övladlarınızdan niyə narazısınız, onlardan nə istəyiriniz?
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
İndi gənclər üçün universitet əhəmiyyətsiz məkandır, ona görə tez-tez ixtisas dəyişirlər
Müasir gəncliyin universitetə olan münasibəti əvvəlki nəsillərdən tamamilə fərqlənir. Vaxtilə ali təhsil tək yol sayılırdı, yaxşı oxu, universitetə daxil ol və mütləq seçdiyin ixtisas üzrə işlə və həyatda öz yerini tap. Sanki yazılmamış bir qayda vardı, diplom varsa, həyatın hazırdır.
Bu gün isə hər şey dramatik şəkildə dəyişib.
Ənənəvi yanaşmada universitet bilgi mərkəzi, ixtisas qazanılan yer, peşəyə açılan qapı idi. İndi isə universitetlər üç əsas funksiyanı yerinə yetirir.
Birincisi cəmiyyətə giriş bileti, buna sosial lift də deyirlər. Gənclər universiteti biliklə yanaşı şəbəkə üçün, dəyərli tanışlıqlar üçün, ictimai imic üçün seçirlər. Bir növ bu qəbildən olanlar universitetə həyatın start meydanı kimi baxırlar..
İkinci funksiya peşə axtarış laboratoriyasıdır. Müasir gənc 18 yaşında nə istədiyini nadir hallarda bilir. Universitet isə ona “təcrübə aparmaq”, özünü tapmaq, səhv etmək, yenidən başlamaq imkanı verir.
Sonuncu məqam isə yoxlanmış təhlükəsiz yol deməkdir. Reallıq budur ki, bir çox valideyn üçün universitet hələ də təhlükəsizlik yastığıdır. Diploma sahib olan gənc sanki “təhlükəsiz gələcəyin” göstəricisi sayılır. Bu ideya bir qədər köhnəlsə də, təsirini hələ də itirməyib.
Bir vaxtlar seçdiyin ixtisas üzrə işləməmək ayıb sayılırdı. Sahəni dəyişmək “sabit olmamaq” kimi görünürdü. İxtisasdan kənar iş tapmaq çox çətin idi.
Ən nəhayət bir diplom ömürlük yol xəritəsi olurdu.
O dövrdə əmək bazarı da sabit idi. Müəllim bütün ömrü boyu müəllim, mühəndis mühəndis, həkim həkim qalırdı.
Bu sistem uzun illər işlədi, o vaxta kimi ki, yeni texnoloji instumentlər tam yeni yanaşmalar ortaya qoydu.
Bəs, sonra nə baş verdi?
Zaman keçdikcə texnologiya sürətlə inkişaf etdi, yeni peşələr yarandı, köhnə peşələrin bir qismi sıradan çıxdı, bazar elastikləşdi, addım atmaq, dəyişmək, yeni şey öyrənmək daha asan oldu.
Beləcə, “ixtisas üzrə işləmək” ehtimalı təxminən 50/50 bir nisbətə düşdü.
İndi isə vəziyyət tam dəyişib. Müasir gənclərin böyük əksəriyyəti universitetdə oxuduğu sahədə qalmır. Bəziləri ixtisasını 2, hətta 3 dəfə dəyişir. Bir çoxları isə universiteti bitirən kimi tamam fərqli sektora keçir. Hüquq bitirib dizayner olanlar, iqtisadçı olub marketinqə keçənlər, mühəndis olub proqramçı işləyənlər, psixologiya bitirib biznes quranlar ətrafımızda kifayət qədərdir..
Bu vəziyyət bütün dünyada belədir.
Niyə belə olur, sualının cavabı təbii ki, var. Gənclərin maraqları daha dinamikdir. İnformasiya sürəti artdıqca, gənclər yeni sahələri daha tez kəşf edir, daha tez də dəyişmək istəyirlər. Eyni zamanda Əəmək bazarı daha çevikdir. Bu gün iş dünyasında bacarıqlar ixtisasdan daha çox qiymətləndirilir. Kim daha çox öyrənə bilirsə, o daha yaxşı yerlərə gəlir. Bir gerçəklik də odur ki, universitet ixtisasları bazarın tələbi ilə həmişə ayaqlaşmır. Hətta universitetlər bəzən yeni peşələrə uyğun proqramları gecikmiş şəkildə təqdim edirlər.

Gənclərin azadlıq və özünüdərketmə istəyi
Bugünkü nəsil “mütləq bu olmalıdır” prinsipi ilə yaşamır. Onlar “özümü xoşbəxt hiss edəcəyim sahə nədir?” sualını daha önə çəkirlər. Çox qəribədir ki, texnologiya da gənclərə işləyir, onlara özlərini sınamaq üçün rahat şərait yaradır
Online kurslar, mentorluq, freelance platformaları və s. Beləcə, gənclər istədikləri sahəni risk etmədən yoxlaya bilirlər.
Sual meydana gəlir, bəs, universitetdə keçən vaxt “yazıq” deyilmi? İlk baxışda elə görünə bilər. Amma əslində universitet düşünmə və analiz bacarığı verir, öyrənmə vərdişi yaradır, xüsusilə də özünüifadə gücünü artırır. Paralel olaraq sosial çevrə yaradır, baza verir.
Belədə düşünürsən ki, indi inkişaf üçün universitet son nöqtə sayıla bilmir. Əslində bu, bir start nöqtəsidir.
Dəyişimlər daha çevik düşüncə, daha sərbəst qərarvermə, fərqli sektorlardan təcrübə toplamaq, üstün və cəsarətli karyera addımları, müasir bazarın tələb etdiyi adaptasiya gücü verir.
Gənclik davamlı dəyişən dünyaya uyğun olaraq özünü yenidən formalaşdırır. Bütün bunlar isə güc əlamətidir.
Bu dəyişikliyin gələcəyə nə vəd etməsi də hamı üçün maraqlıdır.
Bu, cəmiyyət üçün daha yaradıcı beyinlər, innovasiyaya açıq nəsil, çevik iqtisadi model təqdim edir.
Şəxslər üçün isə yüksək gəlir imkanları, daha uyğun peşə seçimi, stresssiz çalışma, özünü daha rahat ifadə etdiyi karyera hədəfləyir.
İndiki gənc universitetə öz taleyi kimi baxmır. Bunu bir başlanğıc kimi görür. Sürüklənməkdən qaçır, seçmək istəyir. Bir sahəyə məhkum olmağı sevmir. Öz yolunu tapmağı hədəfləyir.
Bəli, bütün bunlar orta nəsil üçün arzuolunmaz, yaşlı nəsil üçün fəlakət kimi görünə bilər. Ancaq bütün bunlar bir gerçəklikdir və indiki dünyanın yanaşmasıdır.
Bu dəyişikliyin adı modern dünyanın tələbidir.
Elnur ƏMİROV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















