Icma.az
close
up
RU
Valideynlər telefon əvəzinə uşaqlara faydalı vərdişlər qazandırmağa çalışmalıdırlar Açıqlama

Valideynlər telefon əvəzinə uşaqlara faydalı vərdişlər qazandırmağa çalışmalıdırlar Açıqlama

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bu gün demək olar ki, hər bir uşağın əlində telefon görmək mümkündür. Kiçik yaşlardan smartfonlara maraq göstərən uşaqlar saatlarla oyun oynayır, videolara baxır və sosial şəbəkələrdə vaxt keçirirlər.

Bəs telefon əvəzinə uşaqlarla hansı vərdişlərə öyrətmək olar?

Psixoloq Zeynəb Əyyubova Redaktor.az-a açıqlamasında bildirdi ki, uşaqların kiçik yaşlardan telefonla məşğul olması onların diqqətini yayır, həm də sosial və emosional inkişafına mənfi təsir göstərə bilir.

"Ona görə valideynlər telefon əvəzinə uşaqlara faydalı vərdişlər qazandırmağa çalışmalıdırlar. Məsələn birgə kitab oxumaq və nağıl danışmaq onların söz ehtiyatını, təsəvvürünü inkişaf etdirir. Rəsm çəkmək, rəngləmək və əl işləri uşağın yaradıcılığını gücləndirir. Sadə masa oyunları (pazl, domino, loto və s.) diqqət, yaddaş və məntiqi düşüncəni artırır. Açıq havada oyunlar, idman hərəkətləri həm sağlamlıq, həm də sosial bacarıqlar üçün çox faydalıdır. Ev işlərində kiçik məsuliyyətlər vermək uşağa həm maraqlı gəlir, həm də müstəqillik hissini gücləndirir. Ən əsası isə, valideyn uşağa vaxt ayırmalı, onunla ünsiyyətdə olmalıdır. Çünki uşaqlar üçün ən böyük maraq texnologiya deyil, valideynin diqqət və sevgisidir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri