Icma.az
close
up
RU
Valideynlərin emosional səhvi Uşaqlar niyə yanlış yola sapır?

Valideynlərin emosional səhvi Uşaqlar niyə yanlış yola sapır?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda 14 yaşlı qızla 19 yaşlı oğlanın münasibəti və oğlanın dəm qazından boğularaq həyatını itirməsi gündəmdən düşmür. Yeniyetmə qızın anasının verdiyi açıqlama isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Ana 14 yaşlı qızının tez-tez evdən qaçdığını, 2 aydır qızının harda olduğundan xəbərsiz olduğunu bildirib. Hadisə və tərəflərin verdiyi açıqlamalar yeniyetmə dövründə övladlarla necə davranmağın lazım olduğu məsələsini gündəmə gətirib.
Məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, yeniyetmələrlə bağlı təəssüf ki, çox ciddi hadisələrlə qarşılaşırıq:
"Cinayət halları, ölüm hadisələri və digər xoşagəlməz vəziyyətlər bu qəbildəndir. Bəzən valideynlər düşünür ki, uşaqla dost olmalıyıq. Amma hər şeyin bir ölçüsü olmalıdır. İlk növbədə valideyn öz valideynlik borcunu yerinə yetirməlidir, çünki uşağın onsuz da dostları olacaq. Lakin valideyn uşağın fikirlərinə hörmət edən, onu şəxsiyyət kimi formalaşdıran bir insan olmalıdır. Çox vaxt valideynlər problemi özlərində yox, uşaqda görürlər. Düşünürlər ki, uşaq özünü yaxşı hiss etmir, tərbiyəsi zəifdir və nə etsək də düzəlməyəcək. Amma burada vacib bir məqam var. Bəzən uşaq sahibi olmaq daha çox emosional qərar kimi, sadəcə övladım olsun düşüncəsi ilə edilir. Halbuki məsələ daha dərindir. Dünyaya insan gətirmək yalnız bioloji proses deyil, cəmiyyətə şəxsiyyət qazandırmaqdır".
Psixoloq deyib ki, hər insanın içində bir məsuliyyət hissi var və valideyn də övladının həyatında əsas yön verən şəxsdir:
"Biz necə daha yaxşı həyat üçün ümid edirik, eyni şəkildə övlad üçün də sağlam mühit yaratmalıyıq. Burada əsas məsələ maddiyyat deyil, mənəvi yanaşmadır. Əgər valideyn uşağın hisslərini anlayırsa, onun sevincini və kədərini hiss edə bilirsə, evdə sevgi və qayğı mühiti yaradırsa, uşaq yanlış emosional yönlərə meyil etməz.
Belə uşaqlar sevgi ilə diqqəti, dostluqla emosional bağlılığı qarışdırmır. Problem varsa, mütləq mütəxəssis dəstəyi alınmalıdır. Əks halda uşaqlar yanlış münasibətlərə sürüklənə bilər.
Digər tərəfdən, həddindən artıq qoruyucu və oğlan qız münasibətlərini sərt şəkildə məhdudlaşdıran ailələrdə uşaqlar daha çox yanlış təsəvvürlə böyüyə bilirlər. Bəzən sadə bir diqqəti belə romantik münasibət kimi qəbul edirlər və bu da gələcəkdə problemlər yaradır. Bu da yenə valideyn yanaşmasından qaynaqlanır.
Valideynlik nəzarət deməkdir, amma bu tək tərəfli sərtlik olmamalıdır. Hər iki valideyn məsuliyyət daşıyır. Yeniyetmə dövrü çətin dövrdür, uşaqlar üsyankar ola bilər, sözə baxmaya bilər. Amma valideynin bir xoş sözü, düzgün yanaşması və diqqəti çox vaxt uşağın həyatında həlledici rol oynaya bilər", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri