Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vaqif Cavadov: “İndiki halda üzrlük nəsə yoxdur”

Vaqif Cavadov: “İndiki halda üzrlük nəsə yoxdur”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Sumqayıt” – “Sabah” oyunundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Fərqli iki hissə oldu. Məğlub olduq. Çox yaxşı rəqibə qarşı oynayırdıq. Bəlkə də, uduzmalı deyildik. Hesab öz sözünü deyir. Nəsə demək çətindir.

– 2-si kubok, 8-i çempionat olmaqla qələbə biryana, qol vura bilmirsiniz. Nə düşünürsünüz?
– Hücumlarımız var, reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Bir gənc məşqçi kimi dəstək lazımdır. Komanda 0:4 hesabıyla uduzub. İndi nəsə demək olmur. Nəyisə dəyişmək lazımdır, amma indi gücümüz çatmır. Problem məndədirsə… Bundan çətin vəziyyətimiz də olub. Komandanı götürəndə 9-cu pillədə idik. İrəli baxırıq. İnanıram ki, dəstəyiniz olacaq. Məsuliyyəti dərk edib, komandanı çətin durumdan çıxarmaq istəyirik.

– Antirekorddur. Siz gələndə ən böyük dəstəkçilərinizdən olmuşam. Konkret olaraq problemin nədə olduğunu düşünürsünüz?
– Oyunçular da yetərsizdir. Qol imkanlarımız var, istifadə edə bilmirik. Bu da oyunçuların keyfiyyəti, həmin an düşündükləri ilə bağlıdır. “Sabah” 4 imkanın hər birini qola çevirdi. Bu, onların ustalığından xəbər verir. İndiki halda nə deyə bilərəm? Komanda son sıralardadır və heç nə alınmırsa, baş məşqçi getməlidir, gedərəm. Amma bu vəziyyətdən komandanı çıxarmaq istəyirəm. Hər şeyi başa düşürəm. Futbolçuların arxasındayam. Uduzanda məşqçi uduzur, qələbə olanda komanda qazanır. Bugünkü gündə problemin sırf məndə olduğuna inanmıram. Problem tək özümdə olsa, gedərəm. Deyirlər ki, Vaqif çox danışır, işini görsün. Mən futbolçu olanda da nə varsa, demişəm. Məsləhətə qulaq asıb, az danışacam.

– Neçə oyun qol vurmamalısınız ki, azarkeşlərdən üzr istəyəsiniz?
– Bu sual məncə, adekvat sual deyil. O vaxt üzr istəyərəm ki, komanda aşağı liqaya düşə, bərbad futbol sərgiləyək. İndiki halda üzrlük nəsə yoxdur.

– “Sumqayıt”dan həmişə yaxşı hücumçular çıxıb, ancaq indi qol vura bilmirsiniz…
– Bilirəm, bu, problemdir. Təkbətək epizod vurulmursa, deməli problem var. Problem yoxdur desəm, düz çıxmaz. Futbolçudur, gətirmişik. Heç kim deyə bilməz ki, o, bir günə, altı aya, üç aya bəhrəsini versin. Əfsuslar olsun, vaxtımız yoxdur. Futboldur, olan olub. Diqqətimizi Premyer Liqaya kökləməliyik. Qarşıda iki vacib oyunumuz var. Bunlar mühümdür.

– Yeni transferlərin komandaya cəlb olunmasında sizin nə qədər rolunuz olub?
– Qışda 3 transfer etmişik. Bundan artığını istəsək də edə bilməzdik. Bəzi klublar 5-6 transfer edib. Komandanın rəhbərliyi, idman direktoru, seleksiyaçısı var. Transferlərin necə olacağını zaman göstərəcək. 2-3 ay oynamayanları gətirə bilirik. Belə ərəfədə yüksək məbləğli transfer etmək olmur. Yenilərini uyğunlaşması üçün vaxt lazımdır. Mən robot deyiləm, futbolçular da. Toplanış keçməyən oyunçunu 90 dəqiqə oynatmaq risklidir. Buna görə bəzi futbolçulara az-az şans veririk, amma alınmır.

– Qolsuzluq komanda psixoloji təsir edir. Üstəlik, kubok da əldən getdi. Fanatlar da “Divizion bizi gözləyir” deyir. Gedişat bunu göstərir?
– “Nostradamus” deyiləm. Gedişat müəyyən siqnallar verir, amma hələ mübarizədəyik. Komandanın növbəti iki oyunu həlledici olacaq. Bir qələbə hər şeyi həll edə bilər.

– Yanvardan sonra komandada eniş başladı. Hansısa spesifik problem görmüsünüzmü, deyəsiz ki, bundan sonra başladı eniş? Məsələn, müqavilə imzalamanız…
– Kaş imzalamazdım (gülür). Problem qol imkanlarından istifadə edə bilməməyimizdir. Biz “Sabah” və ya digər komandalardan deyilik ki, oyun ərzində 4-5 epizod yaradaq. Gələn yüz faiz olacaq. Amma bu il ələ düşən 2-3 imkanı maksimum dəyərləndirməliyik.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Avqust 2026 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri