Vaqif Əmiraslan yazır: “Cəhənnəmlər arasında” bir layihənin izi ilə
Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Qeyri hökumət təşkilatları üçün qrant müsabiqəsinin qalib layihələrindən biri hesab edilən “Region gənclərinin kinematoqrafiya akademiyası” adlı bir projenin həyata keçirildiyi haqda məlumat aldım. Məqsəd kinematoqrafiya sahəsinə marağı olan region gənclərinin yaradıcılıq potensialını üzə çıxarmaq və onların peşəkar səviyyədə təcrübələrini artırmaqdan ibarətdir.
Qeyd etməliyəm ki, layihə çərçivəsində təlimçi, kinorejissor Rəhman Fürqətoğlu gənclərlə “ssenaristlik”, “rejissorluq”, “aktyorluq” ixtisasları istiqamətlərinin inkişaf etdirilməsi məqəsdilə hər biri üzrə iki gün ərzində öz peşəkar bilik və təcrübəsini bölüşüb. Bu təlim günlərində iştirakçılarla qısametrajlı filmin çəkilişi üçün vahid bir ssenari üzərində işlənilib, rejissor quruluşu edilib, həmçinin ilkin aktyor məşqləri həyata keçirilib.
Layihə çərçivəsində təqdim olunan bir ssenari mənim də diqqətimi cəlb etdi. Əslində gənc yazar Vaqif Əmiraslanın qələmə aldığı “Cəhənnəmlər arasında” qısametrajlı film ssenarisi ilk baxışda oxunuş zamanı bəsit, məna və məqsd aydınlığı tam geniş olmasa da maraqla oxundu. Qeyd etməliyəm ki, qeyri-peşəkar və bu istiqamətdə ilk qələm məhsulu olan yazar Vaqif Əmiraslanın fikir zənginliyi qısametrajlı film ssenari layihəsi üçün həm də uğurlu addım kimi dəyərləndirilə bilər.
İlk səhnə olaraq müəllif tərəfindən əlil arabasında oturmağa məhkum olunan Cahidin həyatı və onun sıxıntıları buna baxmayaraq tək başına həyatla mübarizə əzmi geniş formada təsvir edilib. Bunu ilk səhnədən olaraq onun anası ilə olan telefon danışığında belə dərin hisslərlə duymaq mümkündür.
Müəllifin ilk səhnə ilə bağlı təsvir etdiyi Cahidin həyatını və sıxıntılarını dərin hisslərlə təqdim etməsi əsərin başlanğıcında oxucunun diqqətini daha çox cəlb edir. Cahid, əlil arabasında oturmağa məhkum olmuş bir gəncdir və bu vəziyyət onun həyatını həm fiziki, həm də psixoloji baxımdan çox ağırlaşdırır. Lakin müəllif Vaqif Əmiraslan bu sıxıntıları yalnız bir cismi məhdudiyyət kimi deyil, eyni zamanda ruhsal bir mübarizə kimi təsvir edir. Cahidin əlil arabası onun daxili azadlığını, həyatda qalma gücünü və mübarizə əzmini simvollaşdırır.
Telefon danışığı, bu başlanğıcda xüsusilə mühüm bir rola malikdir. Cahidin anası ilə danışığı, həm də onun bu həyat mübarizəsində tək qalmasından qaynaqlanan yalnızlıq və sevgisizlik hisslərini aşkar edir. Anası ilə olan söhbətində onun səsləndirdiyi emosiyalar, həm qarşılıqlı qayğı, həm də dərin narahatlıq hissi ilə doludur. Bu danışıqda, Cahidin anasına “güclü olmağa” və onun üçün mübarizə etməyə qərarlı olduğunu anlamaq olur. Lakin bir tərəfdən də, bu qərarlılıq onun həm öz daxili gücünü, həm də həqiqətən nə qədər dəstəksiz olduğunu bariz şəkildə göstərir.
Telefon danışığında Cahidin anasına verdiyi reaksiyalar, onun içindəki dərin kədər, çaşqınlıq və tənhalıq hisslərini əks etdirir. Anası ona qoruyucu və qayğıkeş bir şəkildə “yaxşı olacağına” dair inamını bildirir, lakin Cahid artıq həyatın qəddar reallıqları ilə üzləşmiş və bu “yaxşı olacağına” dair vədlərə təkcə etibar etməkdə çətinlik çəkir. Onun anasına verdiyi cavablarda, hər kəlmədə həyatla mübarizə aparan bir insanın ruhu və əzmi hiss olunur.
Cahidin əlilliyi onu yalnız fiziki olaraq məhdudlaşdırmır, eyni zamanda onun daxili dünyasında da bir çox narahatlıq və psixoloji sıxıntılar yaradır. O, bəzən anasına özünü daha çox zəif və köməksiz hiss etdiyini bildirir. Bu, onun tənhalıq hissini və nə qədər çox tək olduğunun göstəricisidir. Lakin eyni zamanda, Cahidin gücünü və mübarizəsini göstərən də məhz bu səhnədə, onun həyatla mübarizə etmək üçün göstərdiyi əzmdir.
Telefon danışığının dərin emosional yükü, Cahidin həyatda qalmaq üçün verdiyi mübarizəni və öz daxili gücünü tapmaq əzmini tam şəkildə əks etdirir. O, tək əlilliklə deyil, həm də bu həyat mübarizəsinin öz daxili qapalı dünyasında gəzdirdiyi ağır düşüncələrlə qarşı-qarşıyadır. Amma buna baxmayaraq, hər an yaşamağı həyat çətinliklərinə qarşı mübarizəni davam etdirməkdə qərarlıdır. Bu, onun tərəfindən həyatına qarşı nə qədər mübariz və əzmkar bir yanaşma nümayiş etdirdiyinin göstəricisi olaraq daha maraqla qarşılanmaqdadır. Bununla da müəllif Vaqif Əmiraslanın təqdim etdiyi bu dərin emosional portret, oxucunu Cahidin həyatındakı güclü daxili mübarizəyə və onun əzminə şahid edir. Bu səhnə ilə müəllif yalnız bir insanın fiziki məhdudiyyətlərini deyil, həm də insan ruhunun möhkəmliyini və həyatda qalmaq uğrunda göstərilən əzmi dərindən təhlil etmiş olur.

Sonrakı davamlı hadisələrin cərəyan etdiyi səhnələrdə Cahidin bibisi oğlu olan Dövranın köməyindən yararlanmaqla mübarizə əzminin nə qədər güclü olduğunun bir daha şahidi oluruq. Müəllif yanaşmasına görə onun bibisi oğlu Dövranın köməyindən yararlanmaqla mübarizə əzmini artırması, bir çox aspektlərdən əhəmiyyətlidir. Bu cür münasibətlər və kömək, bir insanın daxili gücünü, məqsədinə çatmaq üçün motivasiyasını artıran mühüm amillərdən biri hesab edilə bilər. Müəllif Vaqif Əmiraslan həmçinin burada bir neçə aspektdən yanaşmaqla ailə dəstəyi və inkişaf, köməyin psixoloji təsiri, güvən və inanc, bərabər mübarizə, əzimkarlığın təsiri, ətraf mühit və sosial dəstək kimi motivasiyaların insan həyatının formalşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini önə çıxara bilmişdir.
Müəllif yanaşmasına görə ailə üzvləri arasında qarşılıqlı dəstək, insanın ruh halını yaxşılaşdırmaq və onun öz gücünə inanmasını təmin etmək üçün vacibdir. Belə bir dəstək, yalnız fiziki deyil, həm də emosional və psixoloji cəhətdən ona kömək edir. Hadisələrin cərəyanında məhz Dövranın köməyindən yararlanmaq, ona yalnız konkret tapşırıqlarda və ya çətin vəziyyətlərdə kömək etməkdən ibarət deyil, həm də mübarizə aparmaq üçün daha çox həvəs verir. Bu, onun psixologiyasını gücləndirir və ona öz məqsədinə çatmaq üçün daha çox əzmkarlıq və səbirlilik aşılayır. Hadisələrin gedişatı məhz birinin yanında olmaqla insanın motivasiyasını və mübarizə əzmini artıran vacib amil olaraq təqdim edilməsində maraqla qarşılanır. Həmçinin bununla da müəllif ailənin və yaxınların dəstəyi, insanın öz gücünə və bacarığına inamının artırılması istiqamətində mühüm əhəmiyyət daşıdığını diqqətə çəkir. Dövranın bibisi oğlu Cahidə verdiyi kömək, ona həmçinin öz potensialını tam olaraq dərk etməyə imkan yaradır. Güvənli bir mühitdə insan öz məqsədini reallaşdırmağa daha həvəsli olur və qarşısına çıxan maneələri aşmaq üçün daha böyük əzmlə çalışır. Dövranın yanında olması, ona yalnız çətin anlarda deyil, hər zaman güvən verərək motivasiya qaynağı kimi də təqdim edilə bilir. Müəllif həm də bununla bir daha qeyd etmək istəyir ki, birgə mübarizə, həm fiziki, həm də mənəvi olaraq insanları daha dayanıqlı edir. Bu cür münasibətlər, bir insanın daha yüksək səviyəyə çıxmasına və həyatın gətirdiyi çətinliklərlə mübarizə aparmasına yaxından kömək etmiş olur. Həmçinin bu kimi yanaşma bir daha yalnız fiziki mübarizə sahələrində deyil, həm də gündəlik həyatın çətinliklərində özünü göstərmiş olur. Bu baxımdan hadisələrin cərəyanı bir daha uzunmüddətli dözümlülük və əzmkarlığın ətraf mühit və sosial dəstək baxımından nə qədər əhəmiyyətli olduğunu ön planda göstərməyə müvəffəq ola bilir.
Qısa metrajlı film ssenarisində müəllif tərəfindən təqdim olunan Dövran obrazı əslində mənfi bir xarakter olaraq təqdim edilir, çünki o, ətrafındakı insanları manipulyasiya edir və onlardan istifadə edir. Bu obraz, Cahidə qarşı mənfi davranışları ilə daha çox diqqəti çəkir. Dövranın məqsədi, öz maraqlarını təmin etməkdir və bunun üçün o, Cahidin əlil arabasında fiziki məhdudiyyətli olmasından məharətlə istifadə edir. Cahidə bir fərd olaraq yanaşma, onun istismar edilməsinə yönəldilən münasibətlər cərəyan edən hadisələr boyunca inkişaf etməklə daha dərin köklərdə göstərilməkdədir.
.jpg)
Maraqla qarşılanan səhnələrdən biri də təqdim olunan Park səhnəsidir. Belə ki, müəllif səhərin alatoranlığının yenicə açılan xoş havasını quşların səsləri eşidilən park mənzərəsi fonunda Cahid və Dövranın gəlişi ilə təsvir edir. Burada yaxınlıqdakı oturacaqlardan birində əyləşən görmə məhdudiyyətli qız olan Nigarın gitara çalıb həzin musiqi ifa etməsi təqdim olunur. Müəllif bir daha fiziki məhdudiyyətli insanların xüsusi bir istedada malik olaraq inkişaf etmələrini ön plana çəkməklə onların həyat tərzlərinin cəmiyyət içərisində formalaşmasının mühüm maraqlı cəhətlərini göstərə bilir. Bununla da bu qəbildən olan insanların cəmiyyətə inteqrasiyasını, onların potensialının tanınmasını və mövcud imkanlardan daha yaxşı istifadə etmələrini vurğulamaq məqsədi əsas olaraq təqdim edilir. Həmçinin müəllif bu kimi yanaşma formasında fiziki məhdudiyyətli insanların yalnız məhdudiyyətləri ilə deyil, eyni zamanda xüsusi istedadları, bacarıqları və onların həyatda qarşılaşa biləcəkləri çətinliklərə göstərdikləri mübarizə ilə də önə çıxması, cəmiyyətdə inkişaf etmə baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamaqla mübarizə əzminin nə qədər yüksək olduğunu bir daha göstərmiş olur. Bununla da müəllif Vaqif Əmiraslan “Cəhənnəmlər arasında” çırpınan fiziki məhdudiyyətli insanların bəzən cəmiyyətin müəyyən stereotiplərinə görə, yalnız məhdudiyyətləri ilə xarakterizə edilirməsini tənqid hədəfinə almaqla onların xüsusi bir istedada malik olduğunu önə çəkərək, yalnız fiziki məhdudiyyətlərinə görə deyil, həm də bacarıqlarına, qabiliyyətlərinə diqqəti cəlb etməklə yaradıcı, intellektual və ya digər sahələrdəki potensiallarının məhdudlaşdırılmamasını göstərməyə müvəffəq ola bilmişdir. Həmçinin qeyd etməliyəm ki, qələmə alınan qısametrajlı film üçün nəzərdə tutulan bu ssenaridə müəllif fiziki məhdudiyyətli insanların xüsusi istedadlarının inkişaf etdirilməsi həm də cəmiyyətə müsbət təsir göstərməsi baxımından onlara daha çox imkanlar və təhsil resursları təqdim etməklə cəmiyyətin daha inklüziv (fərdin özünü sağlam mühitdə tapması və potensialının cəmiyyət tərəfindən tanınma və cəmiyyətdə sosial əlaqələrin qurulması) və empatik (başqalarının göstərdiyi davranışları qiymətləndirərkən hadisələrə onların baxış bucağından baxa bilmək qabiliyyəti) olmasına köməklik edir.
Nəticə etibarı ilə iki gün davam edən “Region gənclərinin kinematoqrafiya akademiyası” adlı bir layihənin həyata keçirildiyi bir məkanda “Cəhənnəmlər arasında” qısametrajlı film ssenarisinin maraqla qarşılanaraq yeni gənc kadr potensialının inkişafı üçün uğurlu olacağına əminəm.
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi


