Vaqif Sadıqov: Azlıqda qalmalarına baxmayaraq, psixoloji baxımdan hazırlıqlı komanda izlədik
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Araz-Naxçıvan"ın ilk oyunda sərgilədiyi oyunla göstərdi ki, cavab matçında uğurlu nəticəyə ümid bəsləmək olar. Dünənki görüşdə azlıqda qalan komanda sonadək oyundan qopmadı". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri Yunanıstan "Aris"ini mübarizədən kənarlaşdıraraq Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Araz-Naxçıvan"la bağlı fikirlərini bölüşüb:
"Naxçıvan təmsilçisi ilklərə imza atmağa davam edir. Qarşıda "Omoniya" ilə matç var. "Araz Naxçıvan" indiki durumunda növbəti rəqiblə də başa-baş mübarizə apara bilər. "Aris"lə oyunda azlıqda qalmalarına baxmayaraq, psixoloji baxımdan hazırlıqlı komanda izlədik. İndi həmin səviyyəyə çatmışıq ki, Azərbaycan klubları ilə hesablaşırlar. "Omoniya" zəif deyil. Elmar Baxşıyev də Kipr klubunu yaxşı tanıyır. Elmar müəllimin işi göz qabağındadır. İnaniram ki, o, komandası ilə daha böyük uğurlara imza atacaq".
Qeyd edək ki, "Araz-Naxçıvan"ın növbəti mərhələdə rəqibi "Omoniya" (Kipr) olacaq. III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə ayın 14-də baş tutacaq. "Araz-Naxçıvan" ilk görüşünü "doğma divarlar" arasında keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 01 Avqust 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















