Vaqif Sadıqov: Onun gəlişi gənc yerli futbolçulara təcrübə baxımdan müsbət təsir göstərəck
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Neftçi"də bütün addımlar atılır ki, klub əvvəlki əzəmətini qaldırsın". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri Misli Premyer Liqasının X turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Kəpəz" oyunundan gözləntiləri açıqlayıb:
"Neftçi" rəhbərliyi istəyir yaxın gələcəkdə çempionluq uğrunda mübarizə aparan komanda yaratsınlar. Vinsent Abubakarın transferi də buna hesablanan addımdır. Bu cür futbolçular öz adlarını yüksəkdə saxlamaqdan ötrü çempionatdan aslı olmayaraq özlərini yaxşı tərəfdən göstərmək istəyir. Onun gəlişi "Neftçi"də olan gənc yerli futbolçulara təcrübə baxımdan müsbət təsir göstərəck. Abubakar ən yaxşı formasını yığsa, biz o zaman kamerunlu hücumçunun bacarığının şahidi olacağıq. Hər iki komandanın vəziyyətindən asılı olmayaraq "Neftçi" - "Kəpəz" matçı gərgin keçir. Bu oyuna qədər "Kəpəz" turnir cədvəlində özünə yaraşmayan yerdədir. Ancaq Azər Bağırovun gəlişindən sonra müsbət məqamlar gözə çarpır. Güclü qalib gəlsin".
Qeyd edək ki, qarşılaşmaya saat 17:00-da start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 01 Noyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















