Icma.az
close
up
RU
Varikoz damarlar üçün az tanınan, amma effektiv vasitə

Varikoz damarlar üçün az tanınan, amma effektiv vasitə

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Varikoz damarlar bəzən zərərsiz görünsə də, uzunmüddətli narahatlıq və sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bu vəziyyətdən qurtulmaq üçün az tanınan, lakin faydalı bir üsulu açıqlayıblar.

Milli.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Varikoz damarlar nədir?

Varikoz damarlar dərinin alt qatında yerləşən şişmiş və burulmuş damarlar olub, adətən ayaqlarda yaranır. Onların yaranma səbəbləri arasında yaş, hamiləlik, artıq çəki, uzun müddət oturaq vəziyyətdə qalmaq və fiziki hərəkətsizlik göstərilir.

Təbii və effektiv vasitə - sərv yağı

Varikoz damarlarla mübarizədə ən effektiv vasitələrdən biri kimi sərv (kiparis) yağı göstərilir. Mütəxəssislər bildirir ki, bu yağ şişkinliyi azaltmaq və qan dövranını yaxşılaşdırmaq xüsusiyyətlərinə görə çox faydalıdır.

Hazırlanması da sadədir:

5 damcı sərv yağı ilə 1 xörək qaşığı əsas (məsələn, zeytun və ya badam) yağı qarışdırılaraq masaj üçün istifadə olunur. Qarışıq aşağıdan yuxarıya - ayaqlardan ombaya doğru yumşaq masaj hərəkətləri ilə tətbiq edilməlidir. Bu, qan dövranını təbii istiqamətdə hərəkətə gətirərək damarların rahatlamasına kömək edir.

Sərv yağı həm də ayaqlarda yorğunluq və ağırlıq hissini azaldır, tonuslandırıcı və bərpaedici təsir göstərərək varikoz, qıcolma və ödem kimi problemlərin qarşısını ala bilər.

Varikozdan qorunmaq üçün digər vacib tövsiyələr

Müntəzəm fiziki fəaliyyət - Gəzinti, üzgüçülük və digər ayaq hərəkətli idman növləri qan dövranını yaxşılaşdırır.

Ayaqları qaldırmaq - İstirahət zamanı və ya yatarkən ayaqları yüksəkdə saxlamaq venoz qayıdışı gücləndirir.

Kompres corablar - Mütəxəssis tövsiyəsi ilə istifadə edildikdə ayaqlarda şişkinliyi və ağrını azaldır.

Duzsuz və sağlam qidalanma - Duz orqanizmdə maye toplanmasına səbəb olur, buna görə aşağı duzlu pəhriz tövsiyə edilir.

Zərərli vərdişlərdən uzaq durmaq - Siqaret və kofe varikozu daha da ağırlaşdıra bilər.

Mütəxəssislər bildirir ki, bu tədbirlər sadə görünsə də, onların təsiri zamanla böyük fayda verir.

Kənan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see655

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see357

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see241

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see224

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see223

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see222

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see220

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see218

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see215

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

01 Oktyabr 2026 10:41see189

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see188

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see180

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see178

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see175

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see172

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see162

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see160

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see160

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri