Icma.az
close
up
RU
Vasif Həsənli: “Bütün bunlar Azərbaycanın qlobal moderator rolunu daha da gücləndirir”

Vasif Həsənli: “Bütün bunlar Azərbaycanın qlobal moderator rolunu daha da gücləndirir”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan COP29-da da (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı), Qoşulma Hərəkətında da olduğu kimi WUF13-də də yeniliyə imza atdı. WUF13 göstərdi ki, Azərbaycan belə tədbirlərin təşkili işini daha da təkminləşdirib. WUF13-ün tarixində ilk dəfə olaraq 27 dövlət və hökumət başçısının iştirakı ilə Liderlərin Bəyanatları Sessiyası keçirildi. Yəni 176 ölkədən 57000-dən çox iştirakçısının qatıldığı WUF13 (Ümumdünya Şəhərsalma Forumu) dünyada ilklərlə də yadda qaldı. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində Liderlərin Bəyanatları Sessiyası keçirildi. Ekspertlər vurğulayır ki, Liderlər Sammiti WUF13-ün ən əlamətdar məqamlarından birinə çevrildi.
Mayın 18-də təşkil edilmiş bu Seqmentdə 27 dövlət və hökumət başçısı, yüksək səviyyəli qonaq və beynəlxalq təşkilatların rəhbərləri iştirak etdi. Liderlər çıxışlarında Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə etdi.
Liderlərin Bəyanatları Sessiyasının təşkili Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirdi, WUF13-ün siyasi əhəmiyyətini daha da artırdı.
Liderlərin Bəyanatları Sessiyası Azərbaycanın strateji əhəmiyyətli məsələlər ətrafında beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni dialoq platformaları formalaşdırmaq qabiliyyətinin göstəricisidir.
WUF13 çərçivəsində mayın 17-də Azərbaycanın sədrliyi ilə keçirilmiş Nazirlər görüşündə 70-dək ölkəni təmsil edən nazir və nazir müavini iştirak etdi. Görüşün sonunda qəbul edilmiş “Sədrin xülasəsi” sənədində aşağıdakı vacib məqamlar yer aldı. Burada Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən liderliyi vurğulandı,
176 ölkədən 57000-dən çox iştirakçısı olan WUF13-ün Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası olduğu qeyd edildi, Azərbaycan Hökumətinə və xalqına qonaqpərvərliyə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi, WUF13-ün hazırlıqlarında təqdim olunan innovativ yanaşmalar, o cümlədən ilk Liderlərin Bəyanatları Sessiyası və Azərbaycan ilə UN-Habitatın Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyaların təşkili üçün əməliyyat təlimatlarına dair əməkdaşlıq niyyəti alqışlandı, Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində gördüyü işlər yüksək qiymətləndirildi, onun oxşar şəraitlər üçün faydalı ola biləcəyi vurğulandı, bu istiqamətdə aparılan fəaliyyətlə bağlı Azərbaycanla həmrəylik ifadə edildi, milli şəhərsalma forumları qabaqcıl təcrübələrin mübadiləsi və tərəfdaşlıqların möhkəmləndirilməsi üçün vacib platforma kimi qiymətləndirildi ki, bu da Azərbaycanın milli şəhərsalma forumlarının keçirilməsi təşəbbüsünün nə qədər aktual və əhəmiyyətli olduğunu bir daha göstərir.
Nazirlər görüşünün “Sədrin xülasəsi” sənədi Forumun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədinə və BMT-nin “Yeni Şəhər Gündəliyi”nin icrası ilə bağlı aralıq icmal prosesinə töhfə verəcəkdir. “Demokrat.az” xəbər portalının rəhbəri, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli baki-xeber.com-a bildirdi ki, Azərbaycanın COP29-da nümayiş etdirdiyi qlobal liderlik təcrübəsi mayın 22-də Bakıda uğurla başa çatan BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində növbəti dəfə tarixi ilklərlə yadda qaldı: “Qeyd edildiyi kimi, Forumun tarixində ilk dəfə məhz Bakıda Liderlər Sammitinin təşkil edilməsi Azərbaycan üçün həm diplomatik, həm də praktiki cəhətdən çox böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu tarixi hadisənin əhəmiyyətini zaman keçdikcə daha çox dərk edəcəyik. Çünki Azərbaycanın təşəbbüsü ilə 27 dövlət və hökumət başçısının iştirak etdiyi bu sessiya sayəsində dayanıqlı şəhərsalma, yaşıl keçid və qlobal məskunlaşma problemləri birbaşa dövlət rəhbərlərinin siyasi gündəliyinə daxil edildi.
Eyniz amanda Azərbaycan öz təşəbbüsləri ilə qlobal problemlərin bir-biri ilə necə sıx bağlı olduğunu dünyanın diqqət mərkəzinə gətirdi”.
V.Həsənli qeyd etdi ki, Bakı Liderlər Sammiti COP29-da qəbul olunan iqlim öhdəliklərinin real şəhərlərdə necə tətbiq olunacağını ən ali səviyyədə sintez edirdi: “Bütün bunlar isə Azərbaycanın beynəlxalq idarəetmədə qlobal moderator rolunu daha da gücləndirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri