Vasif Məhərrəmli: Biz plyaja gedəndə heç kimə baxmırıq
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
“Toylarda Seyid Şuşinskinin başından qızıllar töküblər. Qubernator arvadları qızıllarını çıxarıb, Seyidin qabağına töküblər. Biz hələ yüz-iki yüz manatla kifayətlənirik...”
Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Xəbərin var?” verilişində deyib.
“Kimlər üçünsə bizim pulumuz fantastik bir şey ola bilər, amma kimlər üçünsə bir milçək vızıltısı qədərdir. Bir şeyi gizlədəndə gözəl görünür. Biz plyaja gedəndə heç kimə baxmırıq. “Bozbaş” adam özünü hər şeyi ilə bildirəcək. İstər geyimi, istər danışığı ilə. Məsələn, son vaxtlar əndrəbadi modelyerlər peyda olublar. Müğənni xanımlar onların üst-üstə tikdikləri paltarları geyinirlər. Bir-iki sözüm keçən müğənniyə iradımı bildirdim. Həmin modelyer də mənim haqqımda demişdi ki, Vasifin əynində ağ-qaradan başqa bir şey görməmişik. Başım çıxmır, kişi nə geyinməlidir ki? Özü əndrəbadi, zövqsüz şeylər tikir”, - o bildirib.
Tomris
