Vasili Berezutski: Qapıçılarımız penalti zərbələrinə hazır idilər, oyunçularımız yox
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qapıçılarımız penalti zərbələrinə hazır idilər, oyunçularımız yox.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Turan Tovuz"a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:
"Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Oyun bizim üçün çox çətin alındı. Uşaqlar özlərində güc tapdılar və qələbə qazandıq. Mərhələ adlamağın bizim üçün önəmi böyükdür. "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçiyə şəfa diləyirəm. İnanıram ki, tez bir zamanda sağalacaq. Qapıçılarımız penalti zərbələrinə hazır idilər, oyunçularımız yox. Penaltilər seriyası lotoreyadır. Burada kim stressə daha dözümlü olursa, o qalib gəlir".
Qeyd edək ki, "Turan Tovuz" - "Sabah" oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) paytaxt klubu 1/4 finala yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 03 Dekabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















